Deputatımız AŞPA-da milli azlıqların hüquqlarından danışdı

“Azərbaycan milli azlıqların hüquqları, xüsusən də onların ana dili ilə bağlı məsələdə olduqca həssasdır”. Məlumata görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov AŞPA-nın qış sessiyasında çıxışı zamanı deyib.

"Azərbaycan milli azlıqların hüquqları, xüsusən də onların ana dili ilə bağlı məsələdə olduqca həssasdır". Məlumata görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov AŞPA-nın qış sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, etnik azlıqlarla zəngin olan çoxmillətli ölkələr üçün bu məsələyə diqqət yetirmək olduqca vacibdir: "Əsrlər boyu 80-dən çox etnik qrupun nümayəndəsi Azərbaycanda yaşayıb və ölkəmiz tarixən çoxmədəniyyətli mühitin hakim olduğu məkan olub. 30-dan çox milli azlıq və etnik qrupun təmsilçiləri ilə yanaşı, 40-dan çox başqa millət nümayəndəsi Azərbaycanın ərazisində birgə yaşayır. Onlar öz mədəniyyətlərini inkişaf etdirmək, radio və televiziyada öz dillərində yayımlanan proqramları izləmək, həmçinin dillərində kitab və jurnalları dərc etmək imkanına malikdirlər ". O, qeyd edib ki, hər bir dil, bu dili danışanların sayından asılı olmayaraq həmin dil daşıyıcılarına verilmiş ən yüksək zənginlikdir: "Bu zənginliyi və müqəddəsliyi qorumaq, saxlamaq və inkişaf etdirmək hər bir insanın və dövlətin vəzifəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31