İsrail: Terrorun qarşısını Allah alır...

İsrail hərbçiləri mülki müdafiə mövzusuna həsr olunmuş seminar zamanı beşinci sinif şagirdlərinə “bütün təbii hadisələr Allahın iradəsinə uyğun şəkildə baş verir” yazılmış bukletlər paylayıblar.

İsrail hərbçiləri mülki müdafiə mövzusuna həsr olunmuş seminar zamanı beşinci sinif şagirdlərinə "bütün təbii hadisələr Allahın iradəsinə uyğun şəkildə baş verir" yazılmış bukletlər paylayıblar. Bu barədə "Haaretz" informasiya yayıb. "Zəlzələnin baş vermə ehtimalının yüksək olduğuna dair sübutlar olsa belə, əgər Tanrı bunu əmr etmirsə, baş verməyəcək", - mətndə qeyd olunub.

Mətndə həmçinin terror aktlarının qarşısının "Allahın iradəsi" nəticəsində alındığı bildirilib. İsrail hərbçiləri mətnin dini məktəblər üçün hazırlanmış mətnlə səhv salındığı barədə suala bukletlərin bütün təhsil mərkəzləri üçün hazırlandığı cavabını verib.

Qeyd edək ki, İsraildə son 2 il ərzində məktəb dərsliklərində "İncil"dən sitatlar gətirilməsi barədə çoxsaylı şikayətlər qeydə alınıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31