Gündəm

Meyvə və tərəvəzlərdəki zərərli maddələri necə təmizləmək olar?

23 Yanvar 2018 18:55

Sağlam və gümrah olmaq üçün meyvə və tərəvəzin rolu böyükdür. Təəssüf ki, son illərdə yetişdirilən meyvə və tərəvəzlərin, xüsusilə xaricdən gətirilən məhsulların tərkibi elə də ürəkaçan deyil. Və bu sahə getdikcə inkişaf etməkdədir. Bir çox hallarda yerli fermerlər həm bostan məhsullarının yetişdirilməsində, həm də bağçılıqda məhz GMO (genetik modifikasiya olunmuş orqanizm) mənşəlli toxumlara, bitki şitillərinə üstünlük verirlər. İstehlakçı kimi hər birimiz mövsümü olaraq yetişdirilən bu məhsulları alarkən keyfiyyətsizliyini hiss edirik.

Diqqət: Böyrəklər üçün ən ziyanlı 5 QİDA!

23 Yanvar 2018 18:50

Böyrəkləri sağlam saxlamaq üçün aşağıda sadaladığımız qidaların qəbulunu məhdudlaşdırmaq lazımdır.

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

23 Yanvar 2018 18:45

Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifraz edir.

Bura səfəri hələ unudun, terror təhlükəsi yüksək olaraq qalır

23 Yanvar 2018 18:44

Fransada terror aktlarının baş vermə təhlükəsi hələ də yüksəkdir. Bunu Parisin prokuroru Fransua Molen deyib. Prokuror terror təhlükəsinin azalmasından əmin olmadığını bildirib. O deyib: "Yox, təhlükənin azalmasını dəqiq deyı bilmərəm. Mən düşünürəm ki, terror aktlarının törədilməsi təhlükəsi hələ də yüksək səviyyədə qalır".

RTÜK Sedanın yeni verilişini bağladı

23 Yanvar 2018 18:43

Türkiyə Radio və Televiziya Şurası (RTÜK) Show TV-də Seda Sayanın aparıcılıq etdiyi verilişi cəzalandırıb.  Həftə içi yayımlanan veriliş milli-mənəvi dəyərlərə zidd olduğu açıqlanıb.  RTÜK-ün yaydığı açıqlamada sözügedən proqramın müvəqqəti olaraq yayımdan qaldırıldığı qeyd edilib: "İctimaiyyətin milli və mənəvi dəyərlərinə, əxlaqa və ailənin qorunmasına qarşı bir proqramdır". 

Azərbaycanda qeyri-adi olay: manna sıyığı 2 yaşlı uşağın ağciyərinə doldu

23 Yanvar 2018 18:42

Azərbaycanda 2 yaşlı uşağın ağciyərlərinə manna sıyığı dolub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq əməliyyat olunaraq, yenidən sağlamlığına qovuşub.

Prezident İlham Əliyev Davosda “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edib

23 Yanvar 2018 18:40

Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclas keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. Dövlətimizin başçısı iclasda çıxış edib və sualları cavablandırıb. 

Rusiyada “Yandeks”in binaları boşaldıldı - SƏBƏB?

23 Yanvar 2018 18:25

Rusiyanın bir neçə şəhərində “Yandeks” şirkətinin binaları təxliyə olunub. Məlumata görə, buna ofislərə bomba qoyulması barədə anonim zənglər səbəb olub.

Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verdi

23 Yanvar 2018 18:22

Rusiyada adam öldürməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Elnur Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin E. Quluyevi cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 21 il müddətinə azadlıqdan məhrum etməsi haqqında hökmü Rusiya Ali Məhkəməsi tərəfindən təsdiqlənib və hökm qüvvəyə minib. 

"Anar "vorzakon"lara göstəriş verib ki, məni zorlasınlar" - keçmiş arvadı

23 Yanvar 2018 18:21

"Anar 10 nəfər "vorzakon" toplayıb. Mənim şəkillərimi və mobil nömrəmi onlara göstərib. Sonra onlara göstəriş verib ki, məni zorlasınlar, video, foto çəkilsin, ona təqdim olunsun". Bu sözləri cebhe.info-ya açıqlamasında repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib. "Üzərimə 10 nəfər göndərib, məni zorlatmaq istəyib. Onlara deyib ki, tələ qurulsun, məni tələyə salsınlar. O da həmin şəkil və videoları mətbuata yaysın, məni biabır eləsin. Bu, birinci dəfə deyil. Bu adam dəfələrlə xüsusi adamlar tutub, onları öyrədib ki, mənimlə sevgili olub, şəkil və videomu çəksinlər, amma alınmayıb. 

Fatimə Xatundan küsdü, qardaşını işdən çıxardı

23 Yanvar 2018 18:20

Son günlər müğənni Xatun Əliyeva ilə rəqqasə Fatimə Fətıliyeva arasındakı qalmaqal gündəmdən düşmür. Xatun Fatimənin onun ideyasını oğurladığını demişdi. Müğənni Yeni ildə etdirdiyi fotosessiyanın eynisini rəqqasənin də etməsindən gileylənib. Xatunun bu addımı Fatimənin salonunda çalışan stilist qardaşı Balaşın başında çatlayıb. Belə ki, Fatimə Balaşı işdən çıxarıb. Rəqqasə bu etirafı "Hər şey daxil" verilişində edib. O bildirib ki, artıq Xatunla dostluqları bitib və düşmənə çevriliblər:

Piyadanı vurub öldürən avtobus sürücüsü həbs edildi

23 Yanvar 2018 18:18

Tərtərdə ötən gün ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədən sürücü həbs edilib. Bu barədə  Baş Prokurorluqdan məlumat verilib. Məlumata görə, yanvarın 22-də saat 20 radələrində Tərtər rayon sakini Məhəmməd Əhmədov sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes 208 DKB” markalı, 10-RB-130 dövlət qeydiyyat nişanlı mikroavtobusla rayonun Qaradağlı kəndində hərəkətdə olarkən yolu keçmək istəyən piyada Firdovsi Məmişovu vurub. Nəticədə F.Məmişov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

2018-ci il "Oskar"a namizədlərin ADLARI açıqlandı

23 Yanvar 2018 18:14

ABŞ-ın Los-Anceles şəhərində 2018-ci il "Oskar" kino mükafatları üçün namizədlərin adları açıqlanıb. "Ən yaxşı film" nominasiyasına "Məni öz adınla çağır", "Qaranlıq saat", "Dünkerk", "Uzaqlaş", "Ledi Börd", "Görünməz sap", "Məxfi dosye", "Suyun forması", "Ebbinqdə üç billbord" filmləri namizəd olub.

Yaponiyada ilk robot satıcı işdən qovulub 

23 Yanvar 2018 18:12

Yaponiyanın məşhur texnologiya şirkətlərindən olan “Softbank” tərəfindən hazırlanmış “Pepper” adlı robot satıcı kimi işə başladığı mağazadan qovulub. Dünyada ilk robot satıcı olan "Pepper" 1 həftə sonra Edinburqda fəaliyyət göstərən “Margiotta Food & Wine” adlı ərzaq mağazasızdan öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün uzaqlaşdırılıb.

Məşhur tennisçiyə oğlan fanatından şok təklif

23 Yanvar 2018 18:11

Avstraliyada təşkil edilən çempionatda iştirak edən ispaniyalı tennisçi Rafael Nadala şok təklif gəlib.  Tennisçinin oğlan azarkeşlərindən biri tribunada pankart açaraq məşhur tennisçiyə evlilik təklif edib. Azarkeş “mənimlə evlənərsənmi, Rafa” yazısı olan pankartını Rafael korta çıxdığı anda yuxarı qaldırıb. Yanındakı dostu isə “ölkəmizdə artıq qanunidir” pankartı açıb və hər kəsi şoka salıb. Tennisçinin pankartları görüb-görməməsi isə hələ ki, bilinmir.