Yaponiyada ilk robot satıcı işdən qovulub 

Yaponiyanın məşhur texnologiya şirkətlərindən olan “Softbank” tərəfindən hazırlanmış “Pepper” adlı robot satıcı kimi işə başladığı mağazadan qovulub. Dünyada ilk robot satıcı olan "Pepper" 1 həftə sonra Edinburqda fəaliyyət göstərən “Margiotta Food & Wine” adlı ərzaq mağazasızdan öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün uzaqlaşdırılıb.

Yaponiyanın məşhur texnologiya şirkətlərindən olan "Softbank" tərəfindən hazırlanmış "Pepper" adlı robot satıcı kimi işə başladığı mağazadan qovulub. Dünyada ilk robot satıcı olan "Pepper" 1 həftə sonra Edinburqda fəaliyyət göstərən "Margiotta Food & Wine" adlı ərzaq mağazasızdan öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün uzaqlaşdırılıb.

Robot müştəriləri başa düşmədiyi üçün şirkət rəhbərliyi onun işindən narazı qalıb. Çox vaxt alıcının xahişinin mahiyyətini başa düşməyən "Pepper" alıcının "pivə harada yerləşir" sualına "içkilər olan bölmədə" kimi qeyri-dəqiq cavablar verərək, narazılığa səbəb olub.

Eyni zamanda şikayətdə o da qeyd edilib ki, ticarət mərkəzində həddən artıq səs-küy olan zaman, robot sözləri düzgün başa düşə bilmir. Bu zaman isə müəyyən gecikmələrlə eşitdiyi kiçik frazalara qeyr-dəqiq cavablar verib, yersiz zarafatlar edib. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31