Ötən il rekord sayda BMT sülhməramlısı təcavüz aktının qurbanı olub
2017-ci ildə BMT-nin 56 sülhməramlısı təcavüz aktı nəticəsində həlak olub ki, bu da 1994-cü ildən qeydə alınan ən yüksək göstəricidir. Məlumata görə, bu barədə təşkilatın baş katibi Antonio Quterreşin təqdim etdiyi məruzədə deyilir.
23 Yanvar 2018 17:33 Dünya2017-ci ildə BMT-nin 56 sülhməramlısı təcavüz aktı nəticəsində həlak olub ki, bu da 1994-cü ildən qeydə alınan ən yüksək göstəricidir. Məlumata görə, bu barədə təşkilatın baş katibi Antonio Quterreşin təqdim etdiyi məruzədə deyilir.
Qeyd olunur ki, bu rəqəmlər yol verilən bütün çərçivələrdən kənara çıxır və böyük ehtimalla artmağa davam edəcək. 35 səhifəlik sənəddə deyilir ki, 1948-ci ildən bu yana 3500-dən çox BMT sülhməramlısı zorakılığın qurbanı olub. İtkilərin artım tendensiyası 2013-cü ildən qeydə alınır. Trend.az