Dövlət Proqramının uğurlu icrası Yevlaxı kənddən şəhərə çevirdi
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın bütün bölgələrində olduğu kimi Yevlax şəhərində də uğurla icra edilib. 2004-cü ildən bu günə qədər mərhələli şəkildə həyata keçirilən bu proqram nəticəsində Yevlaxın simasını demək olar ki, tamamilə dəyişib, yenilənib, abadlaşıb. Son illər şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, çox saylı parkların salınması, istirahət yerlərinin tikilməsi fonunda bunu aydın şəkildə görmək mümkündür.
23 Yanvar 2018 16:50 SosialRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın bütün bölgələrində olduğu kimi Yevlax şəhərində də uğurla icra edilib. 2004-cü ildən bu günə qədər mərhələli şəkildə həyata keçirilən bu proqram nəticəsində Yevlaxın simasını demək olar ki, tamamilə dəyişib, yenilənib, abadlaşıb. Son illər şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, çox saylı parkların salınması, istirahət yerlərinin tikilməsi fonunda bunu aydın şəkildə görmək mümkündür.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində şəhərdə onlarla istehsal müəssisəsi, iaşə obyektləri, təhsil və səhiyyə müəssisələri tikilib, yaxud yenidən qurularaq şəhər ictimaiyyətinin ixtiyarına verilib. Son 10 ildən artıq müddət ərzində şəhərdə Heydər Əliyev Muzeyi və Xiyabanı, Tarix Diyarşünsalıq muzeyi tikilib istifadəyə verilib. Bu muzeylərdə zəngin materiallar və eksponatlar cəmlənib.
2007-ci ilin oktyabr ayında Yevlax şəhərində Avropa standartlarına uyğun 6000 yerlik "Karvan" stadionu, "Karvan" idman sağlamlıq bazası tikilib istifadəyə verilib ki, bu da şəhərin gənc nəslinin idmana marağının artmasına səbəb olan amillədəndir. Bundan başqa Dövlət Proqramının icrası müddətində Yevlax şəhərində, qəsəbə və kəndlərdə 23 stadion, şəhərin 9 saylı məktəbində Avropa standartlarına uyğun süni örtüklü idman meydançası tikilib. Əhalinin sıx məskunlaşdığı üç yerdə yaşayış məhəllələri abadlaşdırılmaqla nümunəvi məhəllə və şəhərciklər yaradılıb, qapalı idman meydançaları tikilib istifadəyə verilib. Həmçinin Uşaq Gənclər idman məktəbi əsaslı surətdə yenidən qurularaq təmir olunub.
Məlumat üçün qeyd edək ki, Yevlax rayonu ərazisindən 129,5 km uzunluğunda respublika əhəmiyyətli avtomobil yolları keçir. 129,5 km avtomobil yolunun 1,5 km-i I dərəcəli, 44 km-i II dərəcəli, 84 km-i isə III dərəcəlidir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həmin avtomobil yolları da təmir olunaraq istifadəyə verilib.
Regionların social-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Yevlax şəhərində indiyə qədər bir neçə istehsal müəssisəsi fəaliyyətə başlayıb ki, bu da rayonda işsizlik probleminin aradan qaldırılmasına səbəb olub. Təkcə Yevlax şəhəri deyil, hətta ətraf şəhər və rayonlardan da həmin istehsal müəssisələrində çalışanlar var. Belə müəssisələrdən biri də "Lalə-Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətdir. Cəmiyyət tikiş fabriki kimi fəaliyyət göstərir. Fabrikin ümumi ərazisi 10,4 hektardır. Smeta dəyəri 4,701 min manatdır. Fabrikdə 1 ofis, 2 tikiş, 1 hörücü, 1 toxucu, 1 boyaq, 1 qazanxana, 1 yeməkxana və 5 yardımçı bina vardır. Hazırda daha 2 sex tikilir. Fabrikdə hazırda 650 nəfər işləyir və gələcəkdə burada 1200 nəfər işləyəcəkdir. Fabrikdə uşaqlar, böyüklər üçün müxtəlif ölçüdə paltarlar tikilir. Ölkənin güc Nazirliklərinin sifarişi də yerinə yetirilir. Fabrikin avadanlıqları türkiyə, Almaniya və Yaponiyadan gətirilib. Fabrikin istehsal gücü ildə 7 milyon manatlıq məhsul buraxmağa imkan verir. Hələ 24 oktyabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yevlaxa səfəri çərçivəsində fabrikdə olub, sexləri gəzib və istehsal edilən hazır məhsullara baxıb.
Dövlət Proqramı çərçivəsində istifadəyə verilən digər müəssisə "Dan" MMC kərpic zavodudur. Zavodun ümumi ərazisi 58 hektardır, tikintisinə 3,150 min manat investisiya qoyulmuşdur. Zavodun illik istehsal gücü 30 milyon ədəd kərpicdir. Burada quraşdırılmış avadanlıqlar Türkiyə istehsalıdır, bişirmə texnalogiyası isə Volfman (Almaniya) tiplidir. Zavodda hazırda 350 nəfər işləyir. Zavodun məhsulları daxili bazarlarla yanaşı qonşu gürcüstana da ixrac olunur.
"Arfa" mebel fabriki "Rövşən Oğuz" şirkətləri qrupuna daxil olan "Arfa" mebal fabrikinin tikintisinə 2005-ci ildə başlanmış, 2006-cı ilin sonunda başa çatıb. Fabrikin tikintisinin birinci mərhələsində 2,210 min manat vəasit qoyulub. Fabrikdə ofis, mətbəx, uşaq və qonaq otağı mebelləri istehsal olunur. Fabrikdə quraşdırılmış avadanlıqlar Almaniya və İtaliyadan gətirilib. Fabrik öz məhsularını satmaq üçün 20 regionda sərgi-satış salonları açıb. Hazırda burada 80 nəfər işləyir. Gələcəkdə işçilərin sayı 250 nəfərə çatacaqdır. Dövlət başçısı İlham Əliyev 24 oktyabr 2007-ci ildə Yevlax şəhərinə səfər edərkən fabrikdə olub, hazır məhsullara baxıb və istehsal prossesi ilə tanış olub.
"Gilan-Dəri" MMC-də Yevlaxda Regionların social-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində istifadəyə verilən müəssisələrdəndir. Dəri emalı fabriki kimi tanınan müəssisənin sahəsi 4,67 hektardır, smeta dəyəri 18,180 manatdır. Gündəlik istehsal gücü 20 ton iri buynuzlu, 5000 ədəd xırda buynuzlu heyvan dərisinin emalı edilməsidir. Fabrikdə hazırda 320 nəfər işləyir. Orta aylıq əmək haqqı 140-1000 manatdır. 2007-ci il oktyabr ayının 24-də fabrikin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fabrikin açılışında iştirak edib, açılışı bildirən lenti kəsib, müəssisə ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, burada istehsal edilən dərilərin keyfiyyəti yüksəkdir və xarici bazarlarda ona tələbat artır. Müəssisə İtaliya, İspaniya, Ukrayna, Türkiyə və Çinə məhsul göndərir. Xaricə göndərilən məhsullara baxan cənab Prezidentimiz ölkəmizdə bu cür müasir müəssisələrin yaradılmasının əhəmiyyətini vurğulayıb.
"Qida MMM"in Pivə istehsal sexinin də Yevlaxda yeni iş yerlərinin yaradılmasında öz payı var. Məhz bu pivə istehsal sexi də 2005-ci ildə, Dövlət Proqramı çərçivəsində özəl vəsait hesabına yenidən qurulub. Bu işlərə 300,0 min manat vəsait qoyulub. Sexdə yeni pasterilizasiya xətti quraşdırılıb. Sexdə 65 nəfər işçi işləyir.
Regionların sosial-iqtisadi inkişlafına dair Dövlət Proqramının Yevlaxda uğurlu icrası çərçivəsində istifadəyə verilən daha bir müəssisə "Qida MMM"in mineral və şəkər əlavə edilmiş sular istehsal sexidir. Mineral və şəkər əlavə edilmiş sular istehsal sexi 2005-ci ilin may ayında quraşdırılıb. Ümumi sahəsi 542 m2-dir. Yenidənqurma işlərinə 91 min manat xərclənib.
"Qida MMM"in çörək sexi də məhz Dövlət Proqramının Yevlax şəhərinə verdiyi töhfələrdən sayıla bilər. Çörək sexi 2005-ci ilin oktyabr ayında işə salınıb. İstehsal sahəsi 432 m2-dir təkcə tikinti-quraşdırma işlərinə 114,2 min manat özəl vəsait qoyulub. Sexdə quraşdırılmış avadanlıqlar Türkiyə istehsalıdır. Çörək sexi saatda 800 kq çörək istehsal edir. Sexdə 18 nəfər işləyir.
"Qida MMM"in makaron sexi Makaron sexinin tikintisi 2004-cü ilin oktyabrında başa çatdırılmışdır. İstehsal sahəsi 480 m2-dir. Tikinti-quraşdırma işlərinə 82,0 min manat özəl vəsait qoyulmuşdur. Sex saatda 300 kq makaron istehsal edir. Sexdə 8 nəfər işləyir.
"Qida MMM"in konserv sexi Konserv sexinin tikintisi 2006-cı ilin iyun ayında başa çatıb. Tikinti-quraşdırma işlərinə 594,0 min manat özəl vəsait qoyulub. Sex gün ərzində 1000 ədəd şərti banka konserv məhsulu istehsal etməyə qadirdir. Sexdə istehsal edilən nar şirələri bütünlüklə Rusiya Federasiyasına ixrac olunur. Sexin məhsullarına daxili bazarda da tələb çoxdur. Sexdə 15 nəfər işçi işləyir.
Yevlaxda həmçinin asphalt zavodu da fəaliyyət göstərir ki, bu zavod da məhz Dövlət Proqramının icrası müddətində yenidən qurularaq istifadəyə verilib. Saatda 160 ton asfalt istehsal edən zavodun tikintisi 2006-cı ilin iyun ayında başa çatdırılıb. Ümumi ərazisi 5 hektarqdır. Tikinti - quraşdırma işlərinə 675,9 min manat vəsait xərclənib. Hazırda zavodda onlarıa işçi çalışır.
Dəmir-beton zavodu Dəmir-beton zavodunun tikintisi 2006-cı ilin avqust ayında başa çatdırılıb. Ümumi sahəsi 1200 m2-dir. Tikinti-quraşdırma işlərinə 317,7 min manat özəl vəsait xərclənib. Zavod saatda 30 m3 beton istehsal edir.
Dövlət Proqramının uğurlu icrası nəticəsində əhalinin kommunal problemlərinin həlli istiqamətində də məqsədyönlü addımlar atılıb. Xüsusi olaraq əkinə yararlı ərazilərin suvarılması istiqamətində əməli addımlar atılıb. Belə ki,Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanalları üzərində olan 64 ədəd hidrotexniki qurğularda cari təmir işləri aparılıb. Bununla yanaşı rayonun əkin sahələrinin suvarılmasına xidmət edən 265 km uzunluğunda suvarma kanallarının lildən təmizlənib. 5 və 6 nömrəli paylayıcı beton kanallarda əsaslı təmir işləri görülüb.
Göründüyü kimi Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Yevlax şəhərinin simasını əsaslı dərəcədə dəyişib. Proqram çərçivəsində park və xiyabanların salınması, təhsil və səhiyyə ocaqlarının təmir edilməsi, mədəniyyət ocaqlarının yenidən qurulması Yevlaxı sözün həqiqi mənasında şəhərə çevirib. Elə yevlaxlılar da haqlı olaraq qeyd edirlər ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı Yevlaxı kənddən şəhərə çevirdi.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir