Yanan evdə 2 yaşlı uşağın meyiti tapılıb
Biləcəri dəmir yolu stansiyasının ərazisində vətəndaşa məxsus evdə yanğın baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 22-də saat 13 radələrində Biləcəri dəmir yolu stansiyasının ərazisində yaşayan Lətif Əliyevin taxta konstruksiyalı evində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra L.Əliyevin qızı, 2 yaşlı Ayanın yanmış meyiti tapılmışdır. L.Əliyevə isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır.
23 Yanvar 2018 17:03 KriminalBiləcəri dəmir yolu stansiyasının ərazisində vətəndaşa məxsus evdə yanğın baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 22-də saat 13 radələrində Biləcəri dəmir yolu stansiyasının ərazisində yaşayan Lətif Əliyevin taxta konstruksiyalı evində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra L.Əliyevin qızı, 2 yaşlı Ayanın yanmış meyiti tapılmışdır. L.Əliyevə isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır.