AŞ PA-da qətnamə qəbul edilib

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropada regionların və azlıqların dillərinin müdafiəsi və inkişaf etdirilməsi üzrə qətnamə qəbul edilib.

Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropada regionların və azlıqların dillərinin müdafiəsi və inkişaf etdirilməsi üzrə qətnamə qəbul edilib. SİA-nın verdiyi məlumata görə, məqsəd regionların və azlıqların dillərini müdafiə etməklə Avropada müxtəlif ənənə və mədəni dəyərlərin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə töhfə verməkdir. Qətnamə Avropa Şurasına üzv dövlətləri region və azlıqların dilləri üzrə Avropa Xartiyasını ratifikasiya etməyə çağırır. Qətnamə dövlətləri bu sahədə uğurlu təcrübə qazanmış ölkələrin təcrübəsindən istifadə etməyə çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31