Dövlət qulluğuna qəbul üçün qeydiyyat başlayır
Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) “Olaylar”a verilən məlumta görə, DİM tərəfindən fevralın 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. Sənədlərin qəbulu yanvarın 23-dən fevralın 12-dək davam edəcək.
23 Yanvar 2018 15:15 SosialDövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) "Olaylar"a verilən məlumta görə, DİM tərəfindən fevralın 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. Sənədlərin qəbulu yanvarın 23-dən fevralın 12-dək davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.azsaytında verilmişdir) istifadə etmək olar. "Şəxsi kabinet" yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında "Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.