Gündəm
Sahibə Qafarova AŞPA-da "Zeytun budağı” əməliyyatından danışdı MÖVQE
"Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirməkdir". Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində bu gün keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.
“Sərkisyanın AŞPA-dakı çıxışı yalan üzərində qurulmuşdu”
“Ermənistan prezidenti Serj Sərkisyanın AŞPA-dakı çıxışı yalan üzərində qurulmuşdu”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
"Azərbaycan Davos Forumunun üstünlüklərindən istifadə etməyi bacarır"
“Davos İqtisadi Forumu ümumdünya iqtisadi forumu olduğu üçün orada bu sahədə mövcüd olan problemlərin həlli istiqamətində məruzələr dinlənilir və bu istiqamətdə praktik məsləhətlər verilir. Lakin builki Davos Forumu daha əhəmiyyətlidir. Çünki, dünya iqtisadiyyatında böhran halları var. Dünyada iqtisadi vəziyyətin kəskinləşməsi özünü biruzə verir”. Bunu politoloq Qabil Hüseynli deyib.
Terrorizmlə mübarizəyə «ikili standart» mövqeyindən yanaşılmamalıdır
Azərbaycan Türkiyə ilə hər zaman bir-birinə dayaq, dəstək olub. İki ölkə arasında dostluq, qardaşlıq münasibətləri elə bir səviyyədə inkişaf edib ki, heç bir kənar təsir Bakı ilə Ankara arasında problem, ziddiyyət yaratmaq gücündə, iqtidarında deyil. Tarixən istər xoş, istərsə də faciəli günlərində bir-birinə dəstək olan, müdafiəsinıə qalxan Azərbaycan və Türkiyə zaman-zaman acılı-şirinli anlar yaşayıb. İstər XX əsrin əvvələrində, istər həmin əsrin sonlarında, istərsə də günümüzdə.
“Dövlət himni haqqında” yeni qanun layihəsi hazırlanıb
Milli Məclisdə “Dövlət himni haqqında” yeni qanun layihəsi hazırlanıb. Məlumata görə, sənəd Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsində hazırlanıb. “Dövlət himni haqqında” yeni qanun layihəsində bir çox tələblər öz əksini tapıb. Yeni qanun layihəsi parlamentin yaz sessiyasında müzakirə ediləcək.
Qadın ölən bacı və qardaşını adyalla sarıyıb 8 il evində saxladı
Rusiyanın paytaxtı Moskvada 77 yaşlı qadının illər əvvəl ölən qardaş və bacısını mumyalayıb, evində saxladığı aşkarlanıb. 77 yaşlı qadının Moskvanın Podols səmtindəki evindən iki cəsəd tapılıb. Qadın bildirib ki, 7,9 il əvvəl ölən qardaş, bacısının yas mərasimi xərclərini qarşılaya bilmədiyinə görə onları adyala bürüyüb, evində saxlayıb.
Şiddətli döyüşlər: ruslar geri çəkildi, türk ordusu YENİ CƏBHƏ AÇDI
Türkiyənin Afrin əməliyyatında yeni cəbhə açılıb. Rus əsgərləri Afrinin Əsəd nəzarətindəki ərazilərə çıxış qapısı olan Tel Rıfatdan çəkilib. Məlumatlara görə, 80-ə yaxın rus əsgəri Əsədin nəzarətindəki Nubl-Zehra bölgəsinə keçib. Beləliklə, PKK/PYD/YPG işğalındakı Afrində heç bir rus əsgəri qalmayıb. Bu türk ordusunun daha rahat hərəkət etməsinə imkan yaradıb.
Vaşinqton Ankara ilə hesablaşmaq məcburiyyətində
Artıq bir neçə gündür ki, qardaş Türkiyə Suriyada PKK-YPĞ/PYD-yə qarşı uğurlu antiterro əməliyyatları həyata keçirir. “Zeytun budağı” adı altında həyata keçirilən antiterror əməliyyatları elə ilk gündəcə öz müsbət nəticələrini verib və xeyli sayda terrorçu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda da qardaş ölkə Susiyanın Afrin bölgəsində antiterror əməliyyatlarını davam etdirir və terrorçulara qarşı sarsıdıcı zərbələr endirilir. Bu arada Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatlarına beynəlxalq ictimaiyyətin mövqeyi kifayət qədər maraq çəkib. Əksəriyyət ölkələr rəsmi Ankaranı haq işi uğrunda apardığı mübarizəyə görə təqdir etsə də, lakin Türkiyənin antiterror əməliyyatlarını tənqid edən, hətta Ankaradan qısa müddətdə Suriyanı tərk etməyi tələbində olan dövlətlər də üzə çıxıb. Belə ki, İran İslam Respublikası, Misir və Fransa Türkiyənin Suriyada həyata keçirdiyi amntiterror əməliyyatlarını pisləyib. Birləşmiş Ştatlar isə Ankaranın Suriya ərazisində antiterror əməliyyatları həyata keçirməsindən rahatsız olduğunu dilə gətirib. Vəziyyət o həddə çatıb ki, hətta Birləşmiş Ştatlar prezidenti Donald Tramp Türkiyənin Suriyada apardığı antiterror əməliyyatları ilə əlaqədar qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etmək məcburiyyətində qalıb.
Cəmiyyətdə qadın-kişi bərabərliyi necə təmin edilir?
Gender bərabərliyi bütün dövrlərdə cəmiyyətdə ən aktual olan mövzulardan hesab edilib. Xüsusilə, müstəqillik illərindən sonra terminologiyamıza gələn gender bərabərliyi ifadəsi ilk illər yalnız söz olaraq istifadə edilsə də, lakin zaman keçdikcə hər bir ölkədə olduğu kimi Azərbaycanda da gender bərabərliyinin təmin olunması, onun tətbiqi istiqamətində konkret və məqsədyönlü tədbirlər həyata keçirilməyə başladı. Çünki müasir demokratik cəmiyyətlərdə gender bərabərliyinin təmin olunması başlıca şərt, prinsipdir.
“Təəssüf ki, xristian həmrəyliyi daha da güclənir”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında işğalçı dövlətin prezidenti Serj Sərkisyanın çıxışı tənqidə tuş gəlib. Xüsusən, qurumda təmsil olunan Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan prezidentini fakt qarşısında qoyublar. Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qeyd edib ki, AŞPA-da yenə də ikili standartın şahidi olduq: birincisi Rusiyaya Ukraynanın Krım bölgəsini işğal edibsiniz ona görə sizin buradakı səsvermə hüququnuzu əlinizdən almışıq deyənlər, Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-y dəvət edib, çıxış verdilər: “Bu qurum “Rusiyanın Assambleyada təkrar fəaliyyətinə dair qəbul etdiyimiz qətnamələrə əməl etmədən olmaz” – deyən AŞPA-nın 1416 saylı qətnaməsi də daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini nəzərdə tutan qətnamələrinə əməl etməyən Ermənistanı heç bir şərt irəli sürmədən Assambleyaya dəvət edib, çıxış verir.
Azərbaycanın mövcud reallıqlarının dünyaya çatdırılması baxımından əlverişli imkan
Bu günlər əsas diqqətlər Davosdadır. Dünya İqtisadi Forumunda. Hər il olduğu kimi bu il də Azərbaycan bu mötəbər tədbirlər ən yüksək səviyyədə dəvət alıb və təmsil olunub. Bu ilki Davos Forumunun Azərbaycan üçün əhəmiyyətini artıran mühüm amillərdən biriAzərbaycanın Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutmasıdır. Əslində bu Azərbaycan iqtisadiyyatı, onun inkişaf tendensiyasına beynəlxalq səviyyədə verilən bir qiymətdir.
“Xocalı ilə bağlı virtual həmrəyliyimizi ortaya qoymalıyıq”
Politoloq Ramiz Alıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yanvarın 26-dan etibarən bir ay ərzində sosial şəbəkələrdə birlikdə etiraz edilməsi təklifini verib.
Bu forum qazanılan nailiyyətlərin bilavasitə hesabatıdır
“Dünya İqtisadi Forumu hər il keçirilən mötəbər bir tədbirdir”. Bu sözləri millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, ölkə başçısı bu tədbirin mötəbər, sayılıb-seçilən qonaqları sırasındadır: “Sevindirici haldır ki, Azərbaycan Prezidenti bu tədbirdə yüksək səviyyədə iştirak edir və Azərbaycan haqqında deyilənlər bizim ürəyimizdəndir. Çünki bu, dünya iqtisadiyyatının idarə olunmasının, həmçinin qazanılan nailiyyətlərin bilavasitə hesabatıdır. Dünyada baş verən iqtisadi və digər bir çox böyük məsələlər var ki, həmin forumda müzakirə olunur .
Azərbaycanlı milyarderlərin bazarı yenə yanır
Moskvada “Sadovod” topdansatış-parakəndə ticarət mərkəzi son bir həftə ərzində ikinci dəfə alovlara bürünüb. Virtualaz.org xəbər verir ki, əsasən azərbaycanlıların nəzarətində olan bazarda bu gün səhər saatlarından başlayan yanğın 300 kvadrat metrə qədər ərazini əhatə edib. İnsanlar evakuasiya olunur. Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə baş idarəsinin yaydığı məlumata görə yanğın bazarın “üçüncü xəttində” yerləşən pavilyonda başlayıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən maşınlar cəlb olunub.
Hərbi xidmət könüllü, müqaviləli və ödənişli olacaq
“Müdafiə Nazirliyinin yeni konsepsiyasında fəal hərbi ehtiyatın üç forması - könüllü, müqaviləli və ödənişli hərbi xidmətin tətbiqi nəzərdə tutulub”. Məlumata əsasən, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.














