“Sərkisyanın AŞPA-dakı çıxışı yalan üzərində qurulmuşdu”

“Ermənistan prezidenti Serj Sərkisyanın AŞPA-dakı çıxışı yalan üzərində qurulmuşdu”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

"Ermənistan prezidenti Serj Sərkisyanın AŞPA-dakı çıxışı yalan üzərində qurulmuşdu". Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvləri kifayət qədər onun yalanını ifşa etməyə çalışdılar: "Təəssüf ki, avropalı deputatlar Serj Sərkisyana bu səpkili suallar ünvanlamadılar ki, nədən Dağlıq Qarabağa aidiyyatı olmayan torpaqları boşaltmırsız? Nədən işğal altındakı torpaqlarda məskunlaşdırma siyasəti həyata keçirirsiniz və yaxınlarının qəbirlərini ziyarət edən iki azərbaycanlı girovu azad etmirsiniz? Bunun əvəzinə AŞPA-dakı deputatlar Serj Sərkisyanın yalanlarını dinləmək məcburiyyətində qaldılar. Dedi ki, guya sülhə hazırdır. Halbuki, o nə sülhə hazırdır, nə də ki, Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmaq istəyir. Həmin torpaqlardan danışıqlarda şantaj predmeti kimi istifadə edir ki, bizdən referendum tarixini qoparsın".

E.Şahinoğlu əlavə edib ki, Azərbaycan isə heç bir halda Dağlıq Qarabağda referendumun keçirilməsinə imkan verməyəcək: "Referendum belə yaxşı seçimdirsə, Avropa dövlətləri, o cümlədən İspaniya Kataloniyada keçirilən "referendumun" nəticələrini tanımalı idilər. Heç bir dövlət tanımadı, referendumu keçirənlər isə ya həbsdədirlər, ya da başqa ölkələrdə gizləniblər. Avropa İspaniyadakı separatizmə yol aça bilən "referendumu" tanımadısa biz niyə Azərbaycanın ərazi bütövlüyünə xələl gətirəcək referenduma yaşıl işıq yandırmalıyıq?". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31