Sahibə Qafarova AŞPA-da "Zeytun budağı” əməliyyatından danışdı MÖVQE
"Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirməkdir". Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində bu gün keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.
25 Yanvar 2018 14:32 SiyasətMillət vəkili AŞPA-nın iclasında Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat haqqında çıxış edib
"Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı" əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirməkdir". Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində bu gün keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.
Komitə sədri həmçinin vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır: "Düşünürəm ki, Türkiyə Silahlı Qüvvələrinin bu əməliyyatı beynəlxalq hüququn mühüm sənədlərinə söykənir. Belə ki, Türkiyə beynəlxalq hüquqdan irəli gələn hüquqları çərçivəsində BMT-nin Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə üzrə müvafiq qərarlarına söykənərək belə bir qərar qəbul edib. Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapan özünü müdafiə hüququnu gerçəkləşdirir. Türkiyə dövlət və hökumət başçısı səviyyəsində Suriyanın ərazi bütövlüyünün qorunacağına dair təminat verib".
Sahibə Qafarova AŞPA-dakı həmkarlarına müraciətlə deyib ki, Türkiyənin bu mövzuda həssas, eyni zamanda da qətiyyətli davranmasını anlamalağa çalışmalıyıq. Onun sözlərinə görə, Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Nəzərə almaq lazımdır ki, Türkiyə bu günə qədər
Suriyada sülh və təhlükəsizliyin təmin olunması, dinc əhalinin terror hücumlarından qorunması istiqamətində üzərinə böyük məsuliyyət götürüb, həmçinin müharibədən qaçaraq öz həyatlarını xilas etmək istəyən suriyalılara ümid yeri olub.
AŞPA-nın komitə sədrinin fikrincə, burada digər mühüm bir məqam da ondan ibarətdir ki, Türkiyə Silahlı Qüvvələri bu əməliyyatları koalisiya qüvvələri ilə koordinasiyalı və uğurlu məlumatlandırma şəklində həyata keçirir. əməliyyatda sadəcə terrorçuların hədəfə alınması, sivil vətəndaşların heç bir zərər görməməsi üçün xüsusi səylər göstərilməsi təqdirəlayiqdir. "Bu əməliyyatların başladığı gündən bəzi beynəlxalq media orqanlarında əməliyyatla bağlı yalnız, qərəzli və təhrif olunmuş məlumatlara rast gəlirik. Həmin media orqanları faktiki olaraq terrorçuların propoqandasını həyata keçirir. Bu çox yalnış, eyni zamanda da təhlükəli bir məsələdir. Əgər hər hansı bir siyasətçi, media orqanı terrorçuların propoqandasını aparırsa, deməli həmin qüvvələr arasında bir əlaqə var. Terrorizm beynəlxalq bir bəladır və terrorizmin aradan qaldırılmasına yönəlmiş istınilən cəhd dəstəklənməlidir", - deyə S.Qafarova qeyd edib.
Çıxışında Azərbaycanın da terrorizmdən əziyyət çəkən bir dövlət olduğunu xatırladan millət vəkili bildirib ki, biz illərdir ki, Ermənistan dövləti tərəfindən həyata keçirilən terror siyasətində çox böyük itkilər, qurbanlar vermişik, minlərlə insanımız qətlə yetirilib, Xocalıda və digər şəhər və rayonlarımızda Ermənistan tərəfindən soyqırımı syasəti həyata keçirilib, 1 milyona yaxın vətəndaşımız öz torpaqlarından didərgin düşüb, bölgədə ekoloji terror həyata keçirilib, mədəniyyət və tarixi abidələrimiz tamamilə dağılıb: "Ona görə də biz terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyirik. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir". Sia.az