Azərbaycanın mövcud reallıqlarının dünyaya çatdırılması baxımından əlverişli imkan

Bu günlər əsas diqqətlər Davosdadır. Dünya İqtisadi Forumunda. Hər il olduğu kimi bu il də Azərbaycan bu mötəbər tədbirlər ən yüksək səviyyədə dəvət alıb və təmsil olunub. Bu ilki Davos Forumunun Azərbaycan üçün əhəmiyyətini artıran mühüm amillərdən biriAzərbaycanın Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutmasıdır. Əslində bu Azərbaycan iqtisadiyyatı, onun inkişaf tendensiyasına beynəlxalq səviyyədə verilən bir qiymətdir.

Ölkəmizin Davos Forumunda iştirakı belə xarakterizə edilir

Bu günlər əsas diqqətlər Davosdadır. Dünya İqtisadi Forumunda. Hər il olduğu kimi bu il də Azərbaycan bu mötəbər tədbirlər ən yüksək səviyyədə dəvət alıb və təmsil olunub. Bu ilki Davos Forumunun Azərbaycan üçün əhəmiyyətini artıran mühüm amillərdən biriAzərbaycanın Dünya İqtisadi Forumunun illik "İnklüziv inkişaf indeksi - 2018" hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutmasıdır. Əslində bu Azərbaycan iqtisadiyyatı, onun inkişaf tendensiyasına beynəlxalq səviyyədə verilən bir qiymətdir.

Qeyd etdiyimiz kimi Azərbaycan Respublikası hər il olduğu kimi bu il də Dünya İqtisadi Forumunda ən yüksək səviyyədə, dövlət başçısının iştirakı ilə təmsil olunur. Azərbaycan dövlət başçısı İlham Əliyev Davosa səfəri çərçivəsində bir sıra mühüm görüşlər də keçirib. Belə ki, Azərbaycan Prezidenti bir sıra ölkələrin rəsmiləri, eləcə də dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşərək əməkdaşlıq məsələlərini müzakirə edib.

Ümumiyyətlə, Azərbaycanın Davos Forumunda, eləcə də forum çərçivəsində təşkil olunan digər tədbirlərdə iştirakı ölkəmizin mövqeyinin bir daha dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması baxımındamn əhəmiyyətli hesab edilir. Bu kimi toplantılarda Azərbaycandakı ictimai-siyasi vəziyyət, hazırkı inkişaf tempi, eləcə də digər istiqamətlərdəki nailiyyətlərdən tutmuş Dağlıq Qarabağ probleminə qədər bütün məsələlər barədə ətraflı məlumat verilir ki, bu da Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir. Bu mənada forum çərçivəsində təşkil olunan "Strateji perspektivlər, Avrasiya" adlı panel də xüsusi əhəmiyyətlidir. Məlumat üçün qeyd edək ki, sözügedən paneldə Azərbaycan dövləti başçısı da iştirak edib və bir sıra sualları cavablandırıb.

Millət vəkili Sahib Alıyev Azərbaycanın Davos Forumunda iştirakının əhəmiyyətli və mövqelərimizin dünya birliyinə çatdırılması baxımından yaranmış yaxşı fürsət olduğunu deyərək qeyd edib ki, bu kimi tədbirlər, toplatılar Azərbaycan barədə daha aydın təsəvvür yaradır, bizə qarşı qərəzli, ədalətsiz mövqe sərgiləyənləri mövcud reallıqlar barədə məlumatlı edir. Millət vəkili bu sırada dövlət başçısının "Strateji perspektivlər, Avrasiya" mövzulu panelə qatılmasına da xüsusi diqqət çəkib və qeyd edib ki, həmin tədbirdə Azərbaycan Prezidenti bir sıra mətləblərə toxunaraq bir daha onlara aydınlıq gətirib. Sahib Alıyev qeyd edib ki, toplantı zamanı Azərbaycan Prezidentinə Rusiya və İranla bağlı verilən sualları da dövlət başçısı dolğun və ətraflı şəkildə cavablandıraraq bir daha rəsmi Bakının şimal və cənub qonşularımızla olan münasibəti barədə dünyanı məlumatlandırılb: "Qərbdəki və təkcə qərbdə deyil, ümumiyyətlə bir sıra ekspertlər bu fikirdədirlər ki, Rusiyayla İranın qonşuluğunda yerləşməsi Azərbaycan üçün böyük təhlükədir. Həqiqətən də həm Rusiyada, həm də İranda elə çevrələr vardı ki, güclü və müstəqil Azərbaycanın olması, yumşaq desək, onların maraqlarına uyğun gəlmir. Amma atıq hər iki dövlətdə o da dərk edilməyə başlanıb ki, Azərbaycanın müstəqil və güclü olması, müəyyən dərəcdə onların da maraqlarına cavab verir. 
Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji perspektivlər: Avrasiya" adlı paneldə "Prezident Əliyev, bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaqdır?" sualına aydınlıq gətirərkən dövlət başçımız bir növ bunun, yəni Azərbaycanın əleyhinə yönələn reallığı öz xeyrinə necə çevirdiyinin sirrini açıb.  "Hesab edirəm ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır. Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxili işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir."
Bax praqmatik, milli maraqarlara cavab verən siyasət budur-təhlükə və təhdidi qarşlıqlı faydalı əməkdaşlığa çevirmək. Ancaq orası da var ki, bu praqmatik siyasətin aparılması heç də asan deyil". Sahib Alıyevin sözlərinə görə, Qərbdə də elə çevrələr var ki, onlar Azərbaycanın iki böyük qonşusuyla praqmatik yox, qarşıdurma siyasəti aparmasını istəyirdilər və indi də o istək qüvvədədir: "Bu qarşıdurma isə ölkəmiz üçün fəlakət, region üçün xaos demək olduğundan Azərbaycan onu rədd edib, edir. Rədd edir və qarşılığında da "insan haqlarının ən çox pozulduğu, mətbuat azad olmadığı" ölkələrdən biri kimi təqdim olunur. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə də elə də detallara varmadan, ancaq çox dəqiq və dolğun cavab verib:  " Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər.
Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31