Bu forum qazanılan nailiyyətlərin bilavasitə hesabatıdır
“Dünya İqtisadi Forumu hər il keçirilən mötəbər bir tədbirdir”. Bu sözləri millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, ölkə başçısı bu tədbirin mötəbər, sayılıb-seçilən qonaqları sırasındadır: “Sevindirici haldır ki, Azərbaycan Prezidenti bu tədbirdə yüksək səviyyədə iştirak edir və Azərbaycan haqqında deyilənlər bizim ürəyimizdəndir. Çünki bu, dünya iqtisadiyyatının idarə olunmasının, həmçinin qazanılan nailiyyətlərin bilavasitə hesabatıdır. Dünyada baş verən iqtisadi və digər bir çox böyük məsələlər var ki, həmin forumda müzakirə olunur .
25 Yanvar 2018 14:02 İqtisadiyyat"Dünya İqtisadi Forumu hər il keçirilən mötəbər bir tədbirdir". Bu sözləri millət vəkili Tahir Rzayev deyib. Onun sözlərinə görə, ölkə başçısı bu tədbirin mötəbər, sayılıb-seçilən qonaqları sırasındadır: "Sevindirici haldır ki, Azərbaycan Prezidenti bu tədbirdə yüksək səviyyədə iştirak edir və Azərbaycan haqqında deyilənlər bizim ürəyimizdəndir. Çünki bu, dünya iqtisadiyyatının idarə olunmasının, həmçinin qazanılan nailiyyətlərin bilavasitə hesabatıdır. Dünyada baş verən iqtisadi və digər bir çox böyük məsələlər var ki, həmin forumda müzakirə olunur . Forumda Azərbaycanın nəaliyyətləri çox yüksək qiymətləndirilib və bu forumda cənab Prezident bir çox ölkələrin rəhbərləri ilə çoxsaylı görüş keçirib. Əlbəttə, bu görüşlərin keçirilməsi istər siyasi, istər beynəlxalq, istərsə də iqtisadi əməkdaşlıq tərəfdən möhkəm bir təməldir. Həmin görüşlərdə bir çox məsələlər qaldırılır. Cənab Prezident həmin məsələlərlə əlaqədar olaraq keçirdiyi görüşlərdə, orada edilən təkliflərlə bağlı tapşırıqlar verir və həmin tapşırıqların icrasına başlanılır. Sözsüz ki, Dünya İqtisadi Forumunda Azərbaycan iqtisadiyyatına, inkişafına verilən qiymət hər bir Azərbaycan vətandaşı üçün bir şərəfdir və fəxarətdir". Sia.az