KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib (FOTO)

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsini nəzərdə tutan yeni mexanizm üzrə müzakirələr aparılıb.

Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir. Bu sahədə xidmətlərin optimallaşdırılması və rəqəmsallaşdırılması, innovativ yanaşmaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Yeni mexanizmin sahibkarlığın inkişafına cavabdeh qurumların iştirakı ilə birgə müzakirəsi və formalaşdırılması yekun sənədin daha əhatəli hazırlanmasına imkan verəcəkdir.

İclasda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmləri üzrə təkliflər təqdim olunub, dövlət qurumlarının təmsilçilərinin təklif olunan yanaşmaya münasibəti dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli Fərmanı ilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, ixracatçılara və investorlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin mərhələli şəkildə özəl sektor subyektləri tərəfindən həyata keçirilməsi mexanizmlərinin hazırlanması tapşırılıb. Hazırda sahibkarlıq sahəsində dövlət siyasətini dövlət müəyyən edir, biznes subyektlərinə xidmətlər dövlət qurumları tərəfindən göstərilir və bu xidmətlərin nəticələrinə nəzarət edilir. Yeni mexanizmin tətbiqi ilə isə biznes subyektlərinə göstərilən xidmətlər üzrə əməliyyat, texniki və təşkilati funksiyaların mərhələli şəkildə özəl sektora ötürülməsi nəzərdə tutulur. Müvafiq mexanizm hazırlanarkən biznes subyektlərinə göstərilən xidmətlərin fasiləsizliyinin və keyfiyyətinin təmin edilməsi, xidmətlərin sosial əlçatanlığının qorunması, məlumatların təhlükəsizliyinin və məxfiliyinin təmin olunması, habelə maraqlar toqquşmasının qarşısının alınması kimi məsələlərə xüsusi diqqət yetiriləcəkdir.

KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.

KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib (FOTO)

KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib (FOTO)
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib (FOTO)
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31