“Təəssüf ki, xristian həmrəyliyi daha da güclənir”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında işğalçı dövlətin prezidenti Serj Sərkisyanın çıxışı tənqidə tuş gəlib. Xüsusən, qurumda təmsil olunan Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan prezidentini fakt qarşısında qoyublar. Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qeyd edib ki, AŞPA-da yenə də ikili standartın şahidi olduq: birincisi Rusiyaya Ukraynanın Krım bölgəsini işğal edibsiniz ona görə sizin buradakı səsvermə hüququnuzu əlinizdən almışıq deyənlər, Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-y dəvət edib, çıxış verdilər: “Bu qurum “Rusiyanın Assambleyada təkrar fəaliyyətinə dair qəbul etdiyimiz qətnamələrə əməl etmədən olmaz” – deyən AŞPA-nın 1416 saylı qətnaməsi də daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini nəzərdə tutan qətnamələrinə əməl etməyən Ermənistanı heç bir şərt irəli sürmədən Assambleyaya dəvət edib, çıxış verir.
25 Yanvar 2018 14:06 SiyasətQənirə Paşayeva: "Qarşımızda çox həyasız bir düşmən var, işğalçı Sarkisyanın çıxışı bir daha bunu göstərdi"
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında işğalçı dövlətin prezidenti Serj Sərkisyanın çıxışı tənqidə tuş gəlib. Xüsusən, qurumda təmsil olunan Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan prezidentini fakt qarşısında qoyublar. Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qeyd edib ki, AŞPA-da yenə də ikili standartın şahidi olduq: birincisi Rusiyaya Ukraynanın Krım bölgəsini işğal edibsiniz ona görə sizin buradakı səsvermə hüququnuzu əlinizdən almışıq deyənlər, Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-y dəvət edib, çıxış verdilər: "Bu qurum "Rusiyanın Assambleyada təkrar fəaliyyətinə dair qəbul etdiyimiz qətnamələrə əməl etmədən olmaz" - deyən AŞPA-nın 1416 saylı qətnaməsi də daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini nəzərdə tutan qətnamələrinə əməl etməyən Ermənistanı heç bir şərt irəli sürmədən Assambleyaya dəvət edib, çıxış verir. Həm də işğalçı ölkənin işğal prosesində iştirakını növbəti dəfə də fəxrlə deyən prezidentinə təriflər yağdıraraq. Belə çıxır ki, işğal edilən xristian ölkəsi torpağıdırsa onu törədənlərə qarşı sərt mövqe ortaya qoyulur, amma işğal edilən müsəlman ölkənin torpağıdırsa işğalçı hətta mükafatlandırılır. Budur bu təşkilatdakı növbəti dəfə şahid olunan mənzərə, dəhşətli ikili standartlar". Millət vəkili bildirib ki, Azərbaycan nümayəndə heyətinin bütün üzvləri Sarkisyana sual üçün yazılmışdı və təbii ki, o, çıxışa gəlməzdən öncə siyahını görmüşdü. Çünki suala yazılanların siyahasını hər kəs görə bilir. Ona görə də rəsmi olaraq çıxış və suallara cavab üçün ayrılan 1 saatın yarısını onu ifşa edəcək suallardan qaçmaq üçün çıxışına ayırdı və çıxışını uzatdı: "Prosedur qaydalara görə, əvvəlcə AŞPA qruplarının təmsilçiləri, sonra ölkələr üzrə millət vəkillərinin sualları cavablandırılır. Sarkisyan qrup təmsilçilərinin suallarını qəsdən o qədər uzun cavablar verirdi ki, millət vəkillərinə sual çatmasın və nəticədə ölkələr üzrə sadəcə iki millət vəkili sual verə bildi və onlardan ikincisi və sonuncusu nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov oldu. Son dəiqələrdə çatdı zaman Səməd müəllimə. Ona da çata bilməyəcəyindən narahat idik. Səməd müəllim prosedur olaraq hər millət vəkilinin sual verilməsi üçün ayrılan 30 saniyədə əslində Sarkisyanı tamamilə ifşa etdi və Assambleyaya onun əslində nə qədər yalan danışdığını bəyan etmiş oldu. Sarkisyan zamanı niyə uzadırdı bunu hamımız bilirdik, çünki daha çox ifşa olunacağını çox gözəl bilirdi. Nümayəndə heyətimizin üzvləri olaraq Assambleya toplantılarında onun söylədiyi yalanlara geniş cavablarımız olacaq. Amma bu yalanları danışan işğalçı qədər də ona burada çıxış imkanı yaradanları qınayırıq. İşğalçılar arasında fərq qoyulmamalıdır. Bu bir daha insan haqlarından danışan bir təşkilatda müsəlman ölkələrinə, türk ölkələrinə dəhşətli bir ikili standartın olduğunu göstərdi. Biz zaman-zaman Azərbaycana, Türkiyəyə qarşı bunu görürük və bu gün də onlardan biridir. Dövlətimiz və ordumuz inşallah daha da güclənəcək və biz hamımız bunun üçün daha da çox çalışmalıyıq. İşğalçı ölkə prezidentinin bu çıxışı bir daha göstərdi ki onlar sülh yolu ilə torpaqlarımızı işğaldan azad etməyəcəklər". Deputat əlavə edib ki, torpaqlarımızı hərbi yolla azad etmək gücünü daha da artırmalıyıq: "Allah dövlətimizə və ordumuza yardımçı olsun. Qarşımızda çox həyasız bir düşmən var. Bu gün işğalçı Sarkisyanın çıxışı bir daha bunu göstərdi. Təəssüf ki, xristian həmrəyliyi də daha da güclənir. Bu faktor da çox ciddi məsələdir".
AŞPA sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı ölkəmizin qurumdakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova isə deyib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı" əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirməkdir. Deputat vurğulayıb ki, Türkiyənin bu əməliyyata başlaması ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorumaq məqsədi daşıyır: "Düşünürəm ki, Türkiyə Silahlı Qüvvələrinin bu əməliyyatı beynəlxalq hüququn mühüm sənədlərinə söykənir. Türkiyə beynəlxalq hüquqdan irəli gələn hüquqları çərçivəsində BMT-nin Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə üzrə müvafiq qərarlarına söykənərək belə bir qərar qəbul edib. Türkiyə BMT Nizamnaməsinin 51-ci maddəsində əksini tapan özünümüdafiə hüququnu gerçəkləşdirir. Türkiyə dövlət və hökumət başçısı səviyyəsində Suriyanın ərazi bütövlüyünün qorunacağına dair təminat verib". Sahibə Qafarova AŞPA-dakı həmkarlarına müraciətlə bildirib ki, Türkiyənin bu mövzuda həssas, eyni zamanda, qətiyyətli davranmasını anlamağa çalışmalıyıq. Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Türkiyə bu günə qədər Suriyada sülh və təhlükəsizliyin təmin olunması, dinc əhalinin terror hücumlarından qorunması istiqamətində üzərinə böyük məsuliyyət götürüb, həmçinin müharibədən qaçaraq öz həyatlarını xilas etmək istəyən suriyalılara ümid, pənah yeri olub. Türkiyə bu əməliyyatları koalisiya qüvvələri ilə koordinasiyalı və uğurlu məlumatlandırma şəklində həyata keçirir. Əməliyyatda sadəcə terrorçuların hədəfə alınması, mülki vətəndaşların heç bir zərər görməməsi üçün xüsusi səylər göstərilməsi təqdirəlayiqdir: "Bu əməliyyatların başladığı gündən bəzi beynəlxalq media orqanlarında əməliyyatla bağlı yalnız, qərəzli və təhrif olunmuş məlumatlara rast gəlirik. Həmin media orqanları faktiki olaraq terrorçuların təbliğatını həyata keçirir. Bu, çox yanlış, eyni zamanda, təhlükəli bir məsələdir. Əgər hər hansı bir siyasətçi, media orqanı terrorçuların təbliğatını aparırsa, deməli, həmin qüvvələr arasında bir əlaqə var. Terrorizm beynəlxalq bir bəladır və terrorizmin aradan qaldırılmasına yönəlmiş istənilən cəhd dəstəklənməlidir". Azərbaycanın da terrorizmdən əziyyət çəkən bir ölkə olduğunu xatırladan deputat bildirib ki, Ermənistan dövləti tərəfindən həyata keçirilən terror siyasəti nəticəsində çox böyük itkilər, qurbanlar vermişik: " Minlərlə mülki vətəndaşımız qətlə yetirilib, Xocalıda və digər şəhər və rayonlarımızda Ermənistan tərəfindən soyqırımı siyasəti həyata keçirilib, bir milyona yaxın insan doğma torpaqlarından didərgin düşüb, bölgədə ekoloji terror həyata keçirilib, mədəniyyət və tarixi abidələrimiz tamamilə dağılıb. Ona görə də biz terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyirik. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi vacibdir".
Alim