Terrorizmlə mübarizəyə «ikili standart» mövqeyindən yanaşılmamalıdır

Azərbaycan Türkiyə ilə hər zaman bir-birinə dayaq, dəstək olub. İki ölkə arasında dostluq, qardaşlıq münasibətləri elə bir səviyyədə inkişaf edib ki, heç bir kənar təsir Bakı ilə Ankara arasında problem, ziddiyyət yaratmaq gücündə, iqtidarında deyil. Tarixən istər xoş, istərsə də faciəli günlərində bir-birinə dəstək olan, müdafiəsinıə qalxan Azərbaycan və Türkiyə zaman-zaman acılı-şirinli anlar yaşayıb. İstər XX əsrin əvvələrində, istər həmin əsrin sonlarında, istərsə də günümüzdə.

Azərbaycan Türkiyə ilə hər zaman bir-birinə dayaq, dəstək olub. İki ölkə arasında dostluq, qardaşlıq münasibətləri elə bir səviyyədə inkişaf edib ki, heç bir kənar təsir Bakı ilə Ankara arasında problem, ziddiyyət yaratmaq gücündə, iqtidarında deyil. Tarixən istər xoş, istərsə də faciəli günlərində bir-birinə dəstək olan, müdafiəsinıə qalxan Azərbaycan və Türkiyə zaman-zaman acılı-şirinli anlar yaşayıb. İstər XX əsrin əvvələrində, istər həmin əsrin sonlarında, istərsə də günümüzdə.

Yaşadığımız zaman kəsimində bir-birinə bu qədər yaxın, dost, qardaş olan ikinci bir dövlət, ölkə olmadığından bir çox xarici dairələri Türkiyə-Azərbaycan birlik, bərabərliyi ciddi şəkildə narahat edir, hər an bu münasibətlərə zərbə vurmaq üçün müxtəlif planlar qurulur, ssenarilər hazırlanır. Amma bütün cəhdlərə baxmayaraq xain qüvvələr iki ölkə arasında istədikləri nifaq toxumunu sala bilmirlər. Və sala da bilməyəcəklər.

Əksinə bu günlər Azərbaycan və Türkiyə bir daha qardaşlıq münasibətlərini dünyaya nümayiş etdirmiş olur. Bir-birinə dəstək olduğunu dünyaya açıq şəkildə göstərir. Söhbət bir neçə gün əvvəl Türkiyənin Suriyada PKK terror təşkilatı və onun Suriya qanadına qarşı başladığı antiterror əməliyyatından gedir. İlk gündən rəsmi şəkildə Ankaranın bu addımına dəstək nümayiş etdirən Bakı birlik bərabərliyimizi əyani şəkildə dünyaya sübut etdi. Nədən ki, bu qardaş borcu idi. Eyni zamanda Azərbaycan da terrordan əziyyət çəkən bir ölkə olduğu üçün terrorizmin nə qədər ağır bəla olduğunun fərqindədir. Ona görə də bütün məsələlərdə olduğu kimi terrorizmə qarşı mübarizədə də iki qardaş ölkənin birgə olması şərtdir, zəruridir. Millət vəkili Elman Nəsirov da bu qənaətdədir. O, bildirib ki, müasir terrorizmin əsas xüsusiyyəti onun heyrət doğura biləcək səviyyədə yeni şəraitə uyğunlaşma və mutasiya qabiliyyətinə malik olmasıdır: "Mahiyyəti etibarilə o, virus tipli və deməli epidemiya xarakteri xəstəlikdir. Onun nə zaman və haradan zərbə endirəcəyi məchuldur. Virusun zəif orqanizmlərə müdaxilə şansının daha yüksək olması həqiqətinin isə isbata ehtiyacı yoxdur. Deməli, qlobal təhdid və çağırışlardan ən təhlükəlisi qarşısında-beynəlxalq terrorizmlə mübarizədə vahid orqanizmin-sivil dünyanın immuniteti gücləndirilməlidir. Onu da xüsusi olaraq vurğulayaq ki, Azərbaycan Respublikası Ermənistanın dövlət terrorizmi siyasətinin hədəfinə çevrildiyindən bir çox dövlətlərdən fərqli olaraq qlobal antiterror mübarizənin zərurətini ehtimal baxımından deyil, real olaraq dərk edir, elə bu səbəbdən də Birləşmiş Ştatların liderliyi altında terrorizmə qarşı formalaşmış koalisiyanın fəal üzvüdür". Millət vəkili deyir ki,
beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində Azərbaycanın mövqeyi bu prinsiplərə əsaslanır: "Terrorizmlə mübarizəyə "ikili standart" mövqeyindən yanaşılmamalı, "yaxşı" və "pis" terrorçu bölgüsünə yol verilməməlidir.  Terrora qarşı mübarizədə "hər yerdə və həmişə" prinsipi tətbiq edilməlidir. Bu prinsip zamanından və məkanından asılı olmayaraq cinayətkarların axtarılması, aşkarlanması, tutulub təhvil verilməsi, eləcə də cəzalandırılması sahəsində hər bir tərəfin öhdəliklər götürməsini nəzərdə tutur. Başqa dövlətlərin ərazisindən terrorçu, ekstremist və separatçı fəaliyyəti bu və ya digər formada dəstəkləyən ölkələrə qarşı razılaşdırılmış sanksiyalar tətbiq olunmalıdır. Elə bu məntiqdən çıxış edərək Azərbaycan Respublikası qardaş Türkiyə dövlətinin beynəlxalq terrorizmə qarşı Suriyada həyata keçirdiyi "Zeytun budağı" əməliyyatını dəstəkləyir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mövqeyinə görə "Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. B eynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir: . Eyni zamanda qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı" əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır: "Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır. Biz qardaş Türkiyə və Türkiyə xalqının bir daha heç zaman xain terror hücumlarına məruz qalmamasını arzu edir və diləyirik".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31