Gündəm
49 ədəd "Metadon" adlı həb aşkar edilib
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşı Afsharı Mahdı Mahmoudalıya məxsus cantaya gömrük baxışı keçirilib.
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı
Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.
Millət vəkilimiz AŞPA-nın komitə sədri seçilib
Azərbaycanlı deputat AŞPA-nın alt komitəsinin sədri seçilib. “Olaylar”ın xəbərinə görə, belə ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva yenidən qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri seçilib. Millət vəkili isə bunun həm ona, həm də Azərbaycan nümayəhdə heyətinə etimadın nəticəsi kimi qiymətləndirib.
“Turan Araşdırma Mərkəzi” ictimai birliyi Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınıb
Olaylar.az bildirir ki, “Turan Araşdırma Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınmışdır.
Qərbin gələcəyi Ukraynadan asılıdır - Poroşenko
Qərb sivilizasiyasının gələcəyi üçün Ukraynaya yardım edilməlidir. Bunu Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib. Onun sözlərinə görə, Ukrayna hazırda bütün dünyanı Rusiyadan müdafiə edir: “Rusiya hazırda bütün dünyaya yalan xəbərləri yaymaqla məşğuldur.
MTN generalı ifadə verdi: Günahsızam
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Nazirlər Kabinetində MÜŞAVİRƏ - Bayıldakı sürüşmə ilə bağlı
Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçiriləcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, Baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə keçiriləcək müşavirədə sürüşmənin qarşısının alınması üçün təkliflər səsləndiriləcək və görüləcək tədbilər müəyyənləşdiriləcək: “Prosesin baş vermə səbəbləri, onun əhatə dairəsi, təhlükəlilik dərəcəsi, sürüşmə müstəvisinə uyğun olaraq, qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflər veriləcək. Ərazidə bərkitmə işləri aparılacaq”.
ATƏT PA-nın prezidenti: Həlli uzanmış münaqişələrin nizamlanması prioritetlər sırasındadır
ATƏT məkanında həlli uzanmış münaqişələrin nizamlanması 2018-ci ildə ATƏT Parlament Assambleyasının əsas prioritetlərindən biridir. Məlumata görə, bunu ATƏT PA-nın prezidenti Georgi Sereteli təşkilatın Daimi Şurasının Vyanada keçirilən iclasında deyib.
Baş nazir: Afrində əməliyyat uğurla davam edir, 300-ə yaxın terrorçu zərərsizləşdirilib
Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O qeyd edib ki, bu əməliyyat həmçinin, Avropanın marağındadır, çünki onun təhlükəsizliyi Türkiyədən başlayır. B.Yıldırımın sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Türkiyənin iqtisadiyyatına təsir göstərməyəcək.
Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı büdcəyə ödənilən vəsait artıb
Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsait artıb. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə nazirlikdə keçirilən Probasiya Xidmətinin yerli qurumlarının rəhbərlərinin və probasiya üzrə icra məmurlarının iştirakı ilə 2017-ci ildə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib.
Netanyahu Moskvaya gəlir
İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 29-da Moskvaya səfər edəcək. Trend-in məlumatına görə, İsrail hökumətinin dəftərxanası səfrin tarixi barədə bildirməklə yanaşı, baş nazirin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini də qeyd edib.
“Cəza” festivalda dəfələrlə nümayiş olundu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Festival İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilib. Olaylr.az bildirir ki, sözügedən festival dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir. ADGTT-nın kollektivi İran paytaxtında yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” təkadamlıq dramını nümayiş etdirib.Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında qadın obrazını Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşaya olan marağı nəzərə alan kollektiv səhnə əsərini yenidən nümayiş etdirib.
Avropa Məhkəməsi Azərbaycanla bağlı statistikanı açıqladı
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 97 qərar qəbul edib. Bu barədə AİHM-ın “2017-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir. İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 679 ərizə təqdim olunub. Onların 210-u qəbul olunmayıb, 97-si üzrə qərar çıxarılıb.
İki alpinist qarlı dağlarda itdi - Rusiyada
Rusiyada Elbrus zirvəsində iki belaruslu alpinist itkin düşüb. Alpinistlərin axtarışına Kabarda-Balkar Fövqəladə Hallar Nazirliyinin 8 xilasedicisi cəlb edilib.
“Dağlıq Qarabağ probleminin həlli kifayət qədər yetişib"
“Dağlıq Qarabağ problemi artıq həll edilmək üçün kifayət qədər yetişib. Əgər bu problemin həlli əvvəllər ancaq Azərbaycanın maraqlarına cavab verirdisə, yəni Azərbaycanın ərazi bütövlüyünü təmin edirdisə, bir milyona yaxın vətəndaşımız öz yurd-yuvalarına qayıda bilirdisə, hal-hazırda problemin həlli Ermənistanın və onu müdafiə edən dairələrə hava və su kimi lazımdır”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.



.jpg)










