Baş nazir: Afrində əməliyyat uğurla davam edir, 300-ə yaxın terrorçu zərərsizləşdirilib
Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O qeyd edib ki, bu əməliyyat həmçinin, Avropanın marağındadır, çünki onun təhlükəsizliyi Türkiyədən başlayır. B.Yıldırımın sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Türkiyənin iqtisadiyyatına təsir göstərməyəcək.
25 Yanvar 2018 14:57 DünyaAfrində "Zeytun budağı" əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib. Məlumata görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O qeyd edib ki, bu əməliyyat həmçinin, Avropanın marağındadır, çünki onun təhlükəsizliyi Türkiyədən başlayır. B.Yıldırımın sözlərinə görə, "Zeytun budağı" əməliyyatı Türkiyənin iqtisadiyyatına təsir göstərməyəcək.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub. Trend.az