“Cəza” festivalda dəfələrlə nümayiş olundu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Festival İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilib. Olaylr.az bildirir ki, sözügedən festival dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir. ADGTT-nın kollektivi İran paytaxtında yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” təkadamlıq dramını nümayiş etdirib.Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında qadın obrazını Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşaya olan marağı nəzərə alan kollektiv səhnə əsərini yenidən nümayiş etdirib.
25 Yanvar 2018 14:51 Teatr və kinoAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında iştirak edib. Festival İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilib. Olaylr.az bildirir ki, sözügedən festival dünya teatr məkanında böyük nüfuzu olan mədəniyyət tədbirlərindəndir. ADGTT-nın kollektivi İran paytaxtında yazıçı-dramaturq Tamara Vəliyevanın "Cəza" təkadamlıq dramını nümayiş etdirib.Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında qadın obrazını Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur. Tamaşaya olan marağı nəzərə alan kollektiv səhnə əsərini yenidən nümayiş etdirib.
ADGTT-nın direktoru, nümayəndə heyətinin rəhbəri, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, teatr kollektivinin festivalda iştirakı və dəvət Azərbaycan teatr sənətinə olan maraq və eyni zamanda teatrımıza göstərilən etimaddır . Fəcr Festivalı İranın mədəni həyatında mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində yaradıcılıq əlaqələrinin genişlənməsi istiqamətində bir sıra görüşlər keçirilib. Beynəlxalq miqyaslı bu tədbirdə Almaniya, Şotlandiya, Böyük Britaniya, Türkiyə, Polşa kimi ölkələrdən tanınmış teatr kollektivləri ilə bərabər İran İslam Respublikasının Təbriz, Ərdəbil, Urmiya və başqa şəhərlərindən də teatr truppaları iştirak ediblər. Bütövlükdə festival çərçivəsində meydan tamaşaları ilə birgə 500-ə qədər tamaşa nümayiş olunacaq.