Gündəm
Ankaradan Vaşinqtonun təklifinə RƏDD CAVABI
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Reks Tillersonun Suriyada təhlükəsiz zonanın yaradılması barədə təklifinə ilk dəfə reaksiya verib. Nazir bu məsələnin müzakirəsinin zamanı olmadığını deyib. “Prosesdə ABŞ-a etibar azaldı. Etibar yenidən bərpa edilmədən bu cür məsələləri müzakirə etmək düzgün deyil”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.
“Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmirə dayanan “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib. “OLAYLAR” Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, sınaq zamanı 16 uzel sürətlə hərəkət edən gəmidə heç bir çatışmazlıq aşkarlanmayıb.
Serj Sərkisyan bilsin ki....
“Serj Sarkisyan AŞPA kürsüsündən sərsəm açıqlamalarına cavab olaraq bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan özünün haqlı və ədalətli mövqeyindən heç vaxt geri çəkilməyəcək”.
Nüsrət Məmmədov Eqemberdi Ermatov adına mükafata layiq görülüb
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstanın xalq şairi Eqemberdi Ermatov adına mükafata layiq görülmüşdür. 2015 cü ildə fondun sifarişi ilə Eqemberdi Ermatovun “Məhəmməd peyğəmbər” dastanı türk dilinə tərcümə edilmişdir. Elə həmin ili Qırğızıstan Prezidentinin Ala Arça birinci iqamətgahında “Məhəmməd Peyğəmbər” dastanı Azərbaycanlı tarixi əsərlər yazarı Yunus Oğuzun Fondun sifarişi ilə tərcümə olunub nəşr edilən “Temirlan” ikicildliyi ilə birlikdə təqdimatı geniş keçirilmişdir.
Toyda biabırçılıq: bəy içib dalaşdı, gəlin polisə tüpürdü
44 yaşlı Nil Con Dreyperlə 39 yaşlı Kira Andrea Dreyperin toy günü onların, gerçəkdən də, unutmayacaqları bir zaman kəsiminə çevrilib. Onların ikisi də toy gecəsini İngiltərənin Kambriya qraflığındakı Barou şəhərində, polis idarələrindən birindəki kamerada keçiriblər.
İlhamə Quliyevanın Brillianta nifrətinin ƏSL SƏBƏBİ - Dedi gəl onu ... VİDEO
Bu gün "Hər şey daxil" verilişində qonaq olan xalq artisti Brilliant Dadaşova mərhum İlhamə Quliyeva ilə aralarındakı incikliyin əsl səbəbini açıqlayıb. Xalq artisti canlı yayımda bu zamana kimi KİV-də mərhum xalq artisti ilə aralarındakı narazılığın düzgün işıqlandırılmadığından gileylənib.
14 yaşlı qızı xalasının əri zorladı: anası 3 il gizlətdi - Evdə yox idilər ...
Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsində arvadının bacısı qızı İ.M.Ş.-ə 8 il ərzində fərqli vaxtlarda təcavüz etdiyi iddia edilən S.D.-ya (64) hökm oxunub. Şübhəli 12 il 6 ay azadlıqdan məhrum edilib.
Trampdan növbəti qərar: Maliyyə dayandırılır
ABŞ Prezidenti Donald Tramp administrasiyası 2025-ci ilədək Beynəlxalq Kosmos Stansiyasını maliyyələşdirməyi dayandırmağı planlaşdırır. Buna əsas səbəb stansiyanın saxlanılmasına böyük məbləğin tələb olunması və bunun Amerika kosmonavtikasının inkişafına mane olmasıdır.
Dövlət Əmək Müfəttişliyi Xidməti qadınların əmək hüquqlarına dair seminar təşkil edib
Ölkəmizdə qadınlar əmək münasibətləri sahəsində də kişilərlə bərabər hüquqlara malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi isə ayrı-seçkilik hesab edilmir.
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahana çəkiləcək
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 28-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. DİM-dən verilən məlumata görə, imtahan saat 11:00-da başlayır və Bakı şəhərində 4 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri və 192 nəzarətçi-müəllim cəlb olunacaq.İmtahanda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilmişdir.
“Zeytun budağı” əməliyyatı zamanı terrorçular həbs olundu
Türk Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı zamanı 7 terrorçu saxlanılıb. Olaylar.az bildirir ki, saxlanılan terrorçulara Türkiyənin Hatay vilayətyinə gətirilib.
İqtisadiyyat naziri Ucarda vətəndaşları qəbul edəcək
Yanvarın 26-da İqtisadiyyat naziri Şahin Mustafayev Ucarda Zərdab, Kürdəmir və Ucar rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən “Olaylar”a bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatının inzibati binasında (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti, 151) keçiriləcəkdir.
Erməni yalanının ifşası Pakistan mətbuatında davam edir
ONN media xəbər verir ki, növbəti dəfə də Pakistan Respublikasının nifuzlu mətbu orqanlarından biri olan National Herald Tribune qəzeti “Turan Araşdırma Mərkəzi” İB-nin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılovun erməni tarixşünaslığının şah damarını kəsən əsəri, “erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı haqda Pakistan içtimaiyyətinə geniş məlumat verib.
Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edib. “Olaylar” xəbər verir ki, rayon Gənclər Mərkəzində keçirilən qəbulda nazir müavinləri və müvafiq icra strukturlarının rəhbərləri də iştirak edib. Nazir Bərdə, Ağdam və Tərtər rayon sakinləri, həmin rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.
Bakıda yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.Yanğınsöndürənlər tərəfindən 13 nəfər bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib. Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.














