“Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmirə dayanan “Dağıstan” gəmi-bərəsi dəniz sınağından uğurla keçib. “OLAYLAR” Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, sınaq zamanı 16 uzel sürətlə hərəkət edən gəmidə heç bir çatışmazlıq aşkarlanmayıb.
25 Yanvar 2018 15:49 İqtisadiyyat"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmirə dayanan "Dağıstan" gəmi-bərəsi dəniz sınağından uğurla keçib. "OLAYLAR" Xəzər Dəniz Gəmiçiliyinə istinadən xəbər verir ki, sınaq zamanı 16 uzel sürətlə hərəkət edən gəmidə heç bir çatışmazlıq aşkarlanmayıb.
Qeyd edək ki, "Dağıstan" bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki "Hyundai" markalı mühərriklərlə əvəzlənib. Yeni quraşdırılan 1000 kilovat gücündə mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil və effektivdir. Bu mühərriklər avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından da sərfəlidir. Köməkçi mühərriklərlə yanaşı, gəminin əsas hərəkətverici mühərrik və qurğuları yeni layihə əsasında dəyişdirilib. Məlumat üçün bildirək ki, "Dağıstan" bərəsinin yükgötürmə qabiliyyəti 2425 tondur. Bərənin avtomobil və vaqon daşımaq üçün 2 göyərtəsi var. Alt göyərtə avtomobil, üst göyərtə isə vaqon daşımaq üçün nəzərdə tutulub.