Gündəm
Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli ölkələr siyahısından çıxardı
“Almaniya Türkiyəni jurnalistlər üçün təhlükəli dövlətlər siyahısından çıxarıb”. Bunu Almaniyada çıxan “Süddeutsche Zeitung” qəzeti yazıb. Məqalədə bildirilib ki, Almaniya kansleri Angela Merkel ötən ili noyabrın 14-də Adil Öksüzün tapılması üçün ölkəsinin bütün təhlükəsizlik və kəşfiyyat orqanlarına tapşırıq verib. Vurğulanıb ki, A.Öksüz 2016-cı il iyuun 15-də Türkiydə dövlət çevirlişinə cəhdin əsas fiqurlardan sayılır.
Seyid Əzim Şirvaninin nəticəsi Daşkənddə evlə təmin olundu
Görkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi Fatma Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayır.Fatma Quliyava 1941-ci ilin fevral ayında Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Ana nənəsi Seyid Əzimin doğma qızı Seyid Fatma olub.
Rusiyanın xalq artisti dünyasını dəyişdi
Rusiyanın xalq artisti Lüdmila Sençina 67 yaşında dünyasını dəyişib. Müğənni-aktrisa Sankt-Peterburqda vəfat edib. Məlumatı sənətçinin prodüser əri Vladimir Andreyev yayıb: "Lüdmila Petrovna bu gün səhər şəhər xəstəxanalarından birində dünyasını dəyişib. O, 6 ay əvvəldən xəstə yatırdı".
Fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması gündəmdə
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu olaraq, biz fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparırıq. Bu işlərin davamı olaraq, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu Elmi Şurasının qərarı ilə İnstitutda "Fiziki imkanlari məhdud olan şəxslərin hüquqları" adlı kafedranın açılması məqsədəuyğun hesab edilib.
Azərbaycan diasporunun iştirakı ilə Danimarkada Türkiyəyə dəstək aksiyası
Avropa Türk Dərnəkləri Təşkilatının təşkilatçılığı ilə Danimarkada Türkiyənin Afrində həyata keçirdiyi antiterror əməliyyatlarına dəstək aksiyası keçirilib. Bu barədə məlumat “OLAYLAR”-a Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətindən daxil olub. Bildirilib ki, Kopenhagendə keçirilən aksiya çərçivəsində Türkiyənin haqlı mövqeyi danimarkalılar və bu ölkəyə səfər edən qonaqlara çatdırılıb. 100-ə yaxın iştirakçının olduğu aksiyada İzmir marşı, Mehtər marşları və “Çırpınırdı Qara dəniz” mahnıları ifa edilib.
Kuzey Kıbrıs sənətçiləri Bakıya gəlir
Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş musiqi dərnəyi Azərbaycana səfər edəcək. “OLAYLAR”-ın xəbərinə görə, səfərdə məqsəd Bakıda konsert proqramı ilə çıxış etməkdir.
Bakıda məktəbin qarşısında uşaqlara narkotik tərkibli KONFET PAYLANIR - ŞOK İDDİA-VİDEO
Paytaxtın 23 saylı məktəbin qaşısında uşaqlara narkotik tərkibli həblərin paylanması barədə məlumat yayılıb. “Vatsap”da valideynlərdən birinin yaydığı səs yazısında bildirilir ki, konfet formasında olan bu həblər uşaqlara heç bir səbəb olmadan paylanılır.
Qurbanovun komandası daha bir yoldaşlıq oyununa hazırlaşır
Martın 27-də Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Matç Türkiyənin Antalya şəhərində baş tutacaq.
Müharibənin YENİ GÜNÜ: Türk ordusu bu bölgəni ALT-ÜST ETDİ
Afrində Türkiyə ordusu və Azad Suriya Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir. “Zeytun budağı” əməliyyatının 6-cı günündə Burseya dağı terrorçulardan təmizlənib. Strateji əhəmiyyətə malik olan dağın təmizlənməsi istiqamətində günlərdir toqquşma gedirdi.
“Türkiyənin təyyarələrini vurmaq üçün hazırıq” - TƏHDİD
Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını “işğal” olaraq qiymətləndirib. Suriyalı diplomat Böyük Britaniyanın BBC-yə verdiyi açıqlamasında Türkiyəy' cavab verəcəklərini söyləyib.
Bir valideynini itirmiş, digər valideyni isə əlil olanlar təhsil haqqından azad oluna bilər
Milli Məclis “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliklər edəcək. Məlumata görə, bu məsələ MM-in Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının iş planına daxil edilib.
Ermənistanın faydalanacağı Rusiya-Gürcüstan sazişi tezliklə işə düşə bilər
“Biz Rusiya ilə Gürcüstan arasında 2011-ci ildə imzalanan gömrük inzibatçılığı və ticarətin monitorinqi haqqında sazişə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, bu saziş regionda ticarətə güclü impuls verəcək”.
Seysmoloji Xidmət Mərkəzi Bayıl yamacında monitorinqi davam edir
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) "Televiziya" qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə bir neçə gündən bəri başlayan monitorinqi davam etdirir. Aparılan monitorinqə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir.
İrəvanın ikinci APREL QORXUSU
Ermənistan ordusunda müdafiə naziri Viqen Sarkisyana qarşı gizli təşkilatlanma başlayıb. Ordudakı generallar nazirin “vurulması” üçün gizli görüşlər və məsləhətləşmələr aparırlar. Məlumata görə, erməni generallar apreldə idarəçilik sisteminin dəyişməsindən sonra ordunun taleyinin necə olacağından narahatdırlar. Erməni siyasi şərhçi Naira Ayramyan yazır ki, generallar sistem dəyişikliyindən sonra Azərbaycanın erməni ordusunu Qarabağdan asanlıqla təmizləyəcəyindən qorxurlar.
Millinin baş məşqçisi İran məğlubiyyətini ŞƏRH ETDİ
Bu gün Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və İran milli komandalarının oyunu keçirilib. Azərbaycan millisinin baş məşqçisi Xose Alesio oyunun çətin keçdiyini bildirib: “Bugünkü oyunda hamıya şans verməyə və yekun heyəti müəyyənləşdirməyə çalışdım. Əlbəttə, iki gün ərzində belə güclü rəqiblə ardıcıl oyunlar keçirmək çox çətindir. Bir neçə futzalçımız var ki, onlar hələ də tam hazır deyillər. Söhbət Fineo və Vitali Borisovdan gedir.














