Seyid Əzim Şirvaninin nəticəsi Daşkənddə evlə təmin olundu
Görkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi Fatma Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayır.Fatma Quliyava 1941-ci ilin fevral ayında Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Ana nənəsi Seyid Əzimin doğma qızı Seyid Fatma olub.
25 Yanvar 2018 16:30 MədəniyyətGörkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi Fatma Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayır.Fatma Quliyava 1941-ci ilin fevral ayında Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Ana nənəsi Seyid Əzimin doğma qızı Seyid Fatma olub.
Qeyd edək ki, 77 yaşlı Fatma Quliyeva vətəndaşlığı olmadan Daşkənd şəhərində şəraiti olmayan bir yataqxanada yaşayıb. Fatma Quliyeva Azərbaycanın Özbəkistandakı səfirinə müraciət edərək, ona Azərbaycan vətəndaşlığının verilməsini və Daşkənddə evlə təmin olunmasını xahiş edib. Ötən müddət ərzində səfirlik Fatma Quliyevanı himayəyə götürüb, ona mütəmadi olaraq yardımlar, bayram sovqatları göndərilib. Fatma Quliyevanın evlə təmin olunması üçün səfir Hüseyn Quliyev azərbaycanlı iş adamlarına müraciət edib. Səfirin müraciəti cavabsız qalmayıb. Azərbaycanda yaşayan xeyriyyəçilər Mirfalah Cabbarov və Cavid Səbzəliyevin dəstəyi nəticəsində Fatma xanım üçün Daşkəndin Sergeli rayonunda üç otaqlı ev alınıb.
Fatma Quliyeva ona göstərilən bu dəstəyə, habelə dahi şair Seyid Əzim Şirvani irsinə diqqət və qayğıya görə səfirə, iş adamlarımıza öz minnətdarlığını bildirib. Fatma Quliyeva ümid etdiyini bildirib ki, illərlə ürəyində saxladığı Azərbaycana, babasının və yaxınlarının uyuduğu doğma Şamaxıya köçmək barədə arzusu da həyata keçəcək və ömrünün ahıl vaxtında da olsa o, Azərbaycan vətəndaşlığı alaraq ana torpağına qovuşacaq. AZƏRTAC