Kuzey Kıbrıs sənətçiləri Bakıya gəlir

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş musiqi dərnəyi Azərbaycana səfər edəcək. “OLAYLAR”-ın xəbərinə görə, səfərdə məqsəd Bakıda konsert proqramı ilə çıxış etməkdir.

Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş musiqi dərnəyi Azərbaycana səfər edəcək. "OLAYLAR"-ın xəbərinə görə, səfərdə məqsəd Bakıda konsert proqramı ilə çıxış etməkdir. "Yurdumdan esintiler" adlı musiqi proqramı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutacaq. Konsert Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək. Çağdaş musiqi dərnəyi Ersin Tünayın rəhbərliyi altında Türk sənət musiqi xoru ifa edəcək.

Qeyd edək ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Çağdaş Musiqi Dərnəyi bu günə qədər Ankara , London, Kosova və Antalyada proqramlarla çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31