“Türkiyənin təyyarələrini vurmaq üçün hazırıq” - TƏHDİD
Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını “işğal” olaraq qiymətləndirib. Suriyalı diplomat Böyük Britaniyanın BBC-yə verdiyi açıqlamasında Türkiyəy' cavab verəcəklərini söyləyib.
25 Yanvar 2018 16:03 DünyaSuriya xarici işlər nazirinin müavini Faysal Mekdad Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatını "işğal" olaraq qiymətləndirib. Suriyalı diplomat Böyük Britaniyanın BBC-yə verdiyi açıqlamasında Türkiyəychr("39") cavab verəcəklərini söyləyib.
"Türkiyənin işğalı Suriyanın suverenliyinə qarşı bir hücumdur. Suriya belə bir hücuma hər cür cavab vermək hüququna malikdir. Türkiyənin hücumlarına cavab vermək üçün hər cür vasitələrdən istifadə edəcəyik", - o deyib. "Buna təyyarələri də vurmaq daxildirmi" sualına isə onun cavabı belə olub: "Bunu açıq şəkildə söylədik. Hava hücumundan müdafiə sistemlərimiz hazırdır".
Afrindəki əməliyyata Rusiyanın yaşıl işıq yandırmasına gəlincə, nazir müavini qeyd edib ki, Rusiyanın Suriyanın adından, yaxud da Suriyada indiyə qədər müdafiə etdiyi prinsiplərə qarşı hərəkət edəcəyini düşünmür. Mekdad ABŞ əsgərlərinin Suriyada qalmasını "yeni dağıdıcı səhv" adlandırıb. Publika.az