Gündəm
Sena daşdı - Parisi siçovullar basdı
Parisdə Sena çayının daşmasından xilas olmağa çalışan siçovullar küçələri basıb. Məlumata görə, çayın daşması nəticəsində gəmiricilərin yuvaları su altında qalıb.
Azərbaycan Kanadaya nota göndərib
Azərbaycan Kanadanın Xarici İşlər, Ticarət və İnkişaf Departamentinə nota göndərib. Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Sürüşmə Bayılı bu vəziyyətə saldı
Bayılda sürüşmə təhlükəsi getdikcə artır. Mütəxəssislər tərəfindən ərazidə araşdırmalar aparılıb və Bayıl yamacında sürüşməyə meyilli riskli ərazidə 67 ev müəyyən olunub. Rəsmi məlumata əsasən, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla 80 ev (ailə) 390 nəfər ailə üzvü sürüşmə zonasından köçürülüb. Onlardan 34 ailə məcburi köçkünlərdir.
Əlillərin daha çox düçar olduğu xəstəliklər - Yenə ürək, onkoloji və...
Bu gün ürək-damar xəstəlikləri olan əlillər birinci yerdədir. Onkoloji xəstəliklər əvvəllər 6-7 faiz idi. İndi bu xəstəliklər əlillər arasında 14 faizə qalxıb". Bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib.
Fahişəlik edən 3 azərbaycanlı qadın deportasiya edildi
Türkiyənin Kastamon şəhərində fahişəliklə məşğul olan üç azərbaycanlı qadın deportasiya edilib. Ötən həftə polisin keçirdiyi əməliyyat zamanı fahişəliklə məşğul olan və qadınlara bu işdə vasitəçilik edən 6 nəfər saxlanılıb. Daha sonra həmin altı şəxs haqda məhkəmə həbs qərarı çıxarıb.
Röyanın keçmiş əri İFADƏ VERDİ: "Bilmirəm hansı sənədlərə qol çəkmişəm"
"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Çingiz Cəlilov və "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucovun cinayət işi məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin qardaşı Pərviz Cəlilov vəkilin suallarını cavablandırıb.
Bəhruz Quliyev: “Medianın fəaliyyətində məhdudiyyətdən danışmaq qeyri-mümkündür”
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində irəli sürdüyü əhəmiyyətli fikirlərdən biri də media və söz azadlığının mövcudluğu, eləcə də Azərbaycanın maraqlarına qarşı çıxış edən müəyyən xarici dairələrin cəhdləri ətrafında oldu ki, bu da özündə bir-sıra mühüm məqamları ehtiva etməkdədir”. Bu fikirləri Bəhruz Quliyev ölkə başçısının Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirəsindəki çıxışını şərh edərkən bildirib.
Almaniyadan şok: Türkiyəyə “Leopard” satılmayacaq
Türkiyənin Afrində təşkil olunan “Zeytun budağı” əməliyyatında alman istehsalı “Leopard” tanklarından istifadəsi Almaniyada kəskin narazılığa səbəb olub. Almaniya kansleri Angela Merkel Türkiyəyə “Leopard” tanklarının satışını qadağan edib. Hərbi texnikanın satışı ilə bağlı yekun qərarın isə Almaniyada yeni hökumət formalaşdırıldıqdan sonra verilməsi gözlənilir.
Türk ordusunun yeni hədəfi bəlli oldu – Bafelyun
Türkiyə ordusunun Burseya dağı tamamilə ələ keçirildikdən sonrakı hədəfi Bafelyun təpəsi olacaq. Bu barədə Türkiyə mətbuat hərbi mənbələrə istinadən informasiya yayıb. Məlumata görə, Türkiyə ordusu Burseya dağında əməliyyatları davam etdirib. Bir sıra strateji nöqtələr azad edilsə də, kəskin hava şəraiti ordunun irəliləməsinə mane olub. Hücuma ara verən türk ordusu və ASO mövcud mövqelərini müdafiə edib.
16 yaşlı qız nişanlısını bıçaqlayan müəlliminə qoşulub Gəncəyə qaçdı - VİDEO
Goranboyda yanvarın 2-sində 16 yaşlı qız evdən qaçıb. Xəlilova Humay Canpolad qızı valideynlərinə "Mən rəqqasə olacam" deyərək, evdən qaçıb. Dekabrın 31-də Humayın Oruc adlı rəqs müəllimi ilə danışdığı üzə çıxıb. Yanvarın 1-ində onlar yenidən bir-biri ilə əlaqə saxlayıblar. Yanvarın 2-si isə Humay yoxa çıxıb. Orucun Humayın yaşadığı kənddə mədəniyyət klubunda əvvəl rəqs dərsləri keçdiyi üzə çıxıb.
Azərbaycanlı deputat Türkiyə çıxışı ilə AVROPANI SİLKƏLƏDİ: Xeyr, xanımlar və bəylər, buna “işğal”...
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Səmədov AŞPA tribunasında çıxışı zamanı Türkiyənin Afrin əməliyyatını “işğal” adlandıranlara cavab verib. Türkiyənin terrora qarşı mübarizə apardığını bildirib.
Azərbaycan XİN: "Xocalı faciəsinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar"
Ermənistan rəhbərliyi və Ermənistan xarici işlər nazirliyinin instutisonal yaddaş pozğunluğu və ya amneziyadan əziyyət çəkdiyini nəzərə alaraq, onlara Ermənistanın o zaman müdafiə naziri və hal-hazırda prezidenti olan Serj Sarkisyanın Böyük Britaniyadan olan jurnalist Tomas de Vala açıqlamasını xatırlatmaq istərdik.
Nazirlər Kabineti sürüşmə zonasından çıxarılan ailələrə kirayə pulu ödənilməsinə qərar verib
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub və sakinlərlə görüşüb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının sənayenin inkişafında mühüm rolu
2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının artıq onuncu ilidir. Ötən üç il müddətində proqram çərçivəsində yerlərdə görülən işlər, həyata keçirilən tədbirlər kifayət qədər müsbət nəticələr verib. Bu dəfəki Dövlət Proqramında istehsal və emal müəssisələrinin yaradılması ilə yeni iş yerlərinin açılması əsas diqqət mərkəzində olmaqla yanaşı sənayeləşmənin inkişaf etdirilməsi və kənd təsərrüfatına diqqətin artırılması da qarşıda duran vəzifələrdən idi. Bu sırada sənaye parklarının və məhəllələrinin təşkili prosesinin davam etdirilməsi, 10 yeni xalça fabrikinin açılması və ilin sonuna qədər xalça fabriklərinin sayının 20-yə çatdırılması, yeni iş yerlərinin yaradılmasını qeyd edə bilərik.
Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi Bakıya gələcək
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar fevral ayında Bakıya səfər edəcək. Bu barədə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib. Səfərin dəqiq tarixi hələ müəyyənləşdirilməyib. Məlumata görə, səfər çərçivəsində T.Klaar bir neçə mühüm görüşlər keçirəcək.














