Gündəm

Kartof şirəsi mədə xorasını sağaldır, orqanizmi təmizləyir

25 Yanvar 2018 18:30

Kartof ən çox istifadə etdiyimiz tərəvəzlərdən biridir. Lakin çətin ki, hamının bu tərəvəzin şirəsinin müalicəvi xüsusiyyətlərindən xəbəri var. Kartof şirəsi çox faydalı maddələrlə zəngindir. Onun tərkibində C, B, PP, E kimi vitaminlər, dəmir, kalsium, kalium, fosfor, mis, aminturşuları, nişasta var. Kartof şirəsi orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, radionukleidlər və s.) təmizləyir və bir çox xəstəliklər və pozulmalar zamanı çox yaxşı müalicəvi təsir edir:

Uşaqlarda oynaq ağrıları

25 Yanvar 2018 18:25

Valideynlərin revmatoloqa müraciət etməsinin səbəblərindən biri də uşaqların oynaqlarında olan ağrılardır. Bu ağrıların səbəbləri fizioloji proseslər, yəni uşağın böyüməsi ilə davam edən mübadilə pozğunluqları ilə yanaşı, infeksiyalarla da bağlı ola bilər. Eyni zamanda, səbəbi müəyyənləşdirilə bilinməyən ağrılar da var. Belə ki, oynaq ağrıları 100-dən çox müxtəlif xəstəliklərdə təsadüf edilir. Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Sveta Rəfiyeva universitetin mətbuat xidmətinə bildirib.

Qəzaya düşənlərə xilas etmək üçün getdi, öz qızı maşının altında qaldı - VİDEO

25 Yanvar 2018 18:17

Türkiyədə dəhşətli qəza baş verib.  Qəzada digər maşındakı 18 nəfər də yaralanıb. Qəza saat 21:00 radələrində Konya- Afyonkarahisar magistralının 78-ci kilometrliyində qeydə alınıb. 

Ləğv prosesində olan 5 bankın əmlakı hərraca çıxarılır

25 Yanvar 2018 18:15

Əmanətlərin Sığortalanması Fondu (ADİF) Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. Fonddan verilən xəbərə görə, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.

Prezident İlham Əliyev Avstraliya və Hindistanın dövlət başçılarını təbrik edib

25 Yanvar 2018 18:14

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova təbrik məktubu göndərib.

Sabirabadda dini maarifləndirmə tədbiri keçirilib

25 Yanvar 2018 18:09

Yanvarın 25-də Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasında “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “İslam sülh, barışıq və həmrəylik dinidir” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev çıxış edərək, İslamın sülhsevərlik, humanizm və həmrəylik ideyaları ilə zəngin olduğunu, terror dini deyil, sülh və birlik dini olduğunu vurğulayıb. O, həmçinin Azərbaycandakı dinlərarası və məzhəblərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin digər ölkələr üçün nümunə olduğunu bildirib.

Bakı - Rostov sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

25 Yanvar 2018 18:08

“Rusiya Dəmir Yolları” ASC tərəfindən sərnişin qatarlarının hərəkət cədvəllərində aparılan dəyişikliklərə əsasən, Rusiya Dəmir Yollarına məxsus heyətlə hərəkət edən 391/392 nömrəli Bakı-Rostov-Bakı sərnişin qatarının hərəkət cədvəli 27.01.2018-ci il tarixdən etibarən dəyişdirilir.

Mirşahinin qardaşına hökm oxundu

25 Yanvar 2018 18:01

Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məşhur erməni qız bacısının ərindən uşağa qaldı

25 Yanvar 2018 17:59

Üçüncü uşağını ötən günlərdə qucağına alan erməni əsilli Kim Kardaşyanın daşıyıcı ana olaraq bacısı Kylie Cennerdən istifadə etdiyi iddiası qərbin maqazin gündəmini zəbt edib.

Məktəblilərə Heydər Əliyev irsi öyrədilir

25 Yanvar 2018 17:54

Paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda ənənəvi dərslər təşkil edilir. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan dərslər paytaxtın 12 inzibati rayonu üzrə 52 mərkəzdə keçirilir. Dərslərdə BŞTİ-nin tabeliyindəki və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 323 məktəbdə təhsil alan 21 168 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Mübariz Qurbanlı Bolqarıstanın müvəqqəti işlər vəkili ilə görüşüb

25 Yanvar 2018 17:54

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bolqarıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Yanko Yanakiyev ilə görüşüb. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüş zamanıfaydalı əməkdaşlığın qurulması üçün perspektivlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bakıda Türkiyəyə dəstək aksiyası keçiriləcək

25 Yanvar 2018 17:52

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında Türkiyə Ordusunun Afrində terrorçulara qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçiriləcək. “OLAYLAR” xəbər verir ki, aksiyada Türkiyəyə dəstək nümayiş etdiriləcək, şəhidlər anılacaq.  Aksiya 26 yanvarda Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında baş tutacaq. 

“Gənclər paytaxtı” uğrunda mübarizə başladı

25 Yanvar 2018 17:50

Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə 2012-ci ildən başlayaraq hər il həyata keçirilən "Gənclər paytaxtı" layihəsi 6 il ərzində 3 milyondan artıq iştirakçı səsi toplaya bilib. 2012-ci ildən mütəmadi olaraq hər il keçirilən Gənclər Paytaxtı internet səsverməsi nəticəsində Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir və Balakən  Gənclər paytaxtı adına layiq görülüblər.

Zaxarovadan Qarabağ açıqlaması: Danışıqlar...

25 Yanvar 2018 17:49

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində effektivliyi artırmaq lazımdır. Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

Tanınmış Xalq artisti reanimasiyadan çıxarıldı

25 Yanvar 2018 17:43

Lənkəran Dövlət Dram Teatrının Aktrisası, Xalq artisti Böyükxanım Əliyevanın vəziyyəti yaxşılaşıb. Bu barədə Xalq artistinin kürəkəni, tanınmış aktyor Qurban Məsimov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, aktrisanın ağciyərləri bu gün səhər yoxlanıb: “Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasının intensiv tearapiya-reanimasiya şöbəsindən kardioloji şöbə palatasına köçürülüb. Hazırda həkim nəzarətindədir”.