Gündəm
"Neftçi" Aqil Məmmədovla yolları ayırdı
"Neftçi" qış fasiləsində heyətinə qaytdığı qapıçı Aqil Məmmədovla yollarını ayırıb. 28 yaşlı qapıçısı ilə müqavilə qarşılıqlı razılıqla pozulub. Onun yenidən "Qəbələ"də çıxış edəcəyi gözlənilir.
Bu qidalar qan təzyiqini yüksəltmir - SİYAHI
Hazırda demək olar ki, əksər şəxslər yüksək təzyiqdən şikayət edir. Həddindən artıq çəki, siqaret, stress və ürək narahatlıqları yüksək təzyiqin yaranmasına səbəb olur. Təzyiqin uzun müddət yuxarı olması beyin, böyrək, ürək və damar kimi bir çox xəstəliyə səbəb olur. Bu cür insanların sakit və normal bir həyata sahib olması vacibdir.
“Facebook” məsafədən kimliyi təsdiq edən startapı satın alıb
"Facebook" şirkəti istifadəçi tərəfindən təqdim edilən rəsmi sənədlərin (məsələn, şəxsiyyət vəsiqəsi və ya sürücü vəsiqəsi) əsilliyinin tez bir şəkildə yoxlanılması üçün öz tərəfdaşlarına API imkanı təqdim edən ABŞ-ın "Confirm.io" şirkətini satın alıb. Bostonda fəaliyyət göstərən startapın işi artıq dayandırılıb, onun bütün komandası və texnologiyaları "Facebook"a keçiriləcək.
“Red Hydrogen One” holoqrafik smartfonu yayda satışa çıxarılacaq
Ötən il “Android” sistemli “Hydrogen One” smartfonunu nümayiş etdirən məşhur kameralar istehsalçısı “Red” şirkəti bu dəfə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar açıqlayıb.
Zəif inkişaf etmiş ölkələr ən yeni texnologiyalardan istifadədə irəliləyişə nail olublar
Zəif inkişaf etmiş ölkələrdə ən yeni texnologiyalardan istifadədə irəliləyişə nail olunub. Bu qrupa daxil olan 47 dövlətdə əhalinin təxminən 60 faizinin istifadə etdiyi "3G" mobil internet sistemi fəaliyyət göstərir.
Çin universitetində tələbələrin inşalarını yoxlayan süni intellekt tətbiq edilib
Çjeszyan əyalətində yerləşən universitet öz tələbələrinin çin dilində yazılmış inşalarını yoxlamaq üçün süni intellektdən istifadəyə başlayıb.
2018-ci ildə dünyada robot və dronların satınalmasına 103 milyard dollar xərclənəcək
“IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə robot texnikası və pilotsuz uçan aparatlara qlobal xərclər 103 milyard dolları ötəcək ki, bu da 2017-ci illə müqayisədə 22,1% yüksəkdir. Ekspertlərin gözləntilərinə görə, 2021-ci ilə bu sahə üzrə xərclər 2 dəfə artaraq 218,4 milyard dollara yaxınlaşacaq.
Həftəsonu 14 tamaşa nümayiş olunacaq
Hər həftə olduğu kimi bu həftə də ADGTT daimi tamaşaçıları və şəhərimizin qonaqları, eləcə də kiçik yaşlı tamaşaçılar üçün maraqlı repertuar tərtib etmişdir. Teatr yanvarın 26-sı saat 14:00 və 16:00-da A.Şaiq və S.S.Axundovun “Qaraca qız”, yanvarın 27-də saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, yanvarın 28-i saat 12:00 və 14:00-da H.X.Andersenin “Çirkin ördək balası”, yanvarın 29-u saat 12:00 və 15:00-da ərəb xalq nağılı “Ələddinin sehirli çırağı”, yanvarın 30-da saat 14:00-da M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah”, yanvarın 31-də saat 14:00-da isə V.Siqayevin “Ağ ölüm” tamaşası nümayiş olunacaq.
Ortaq daraqdan istifadə dəhşərli xəstəliklərə yol açır!
Mütəxəssislər yoluxucu xəstəliklər səbəbilə daraqların kimsə ilə paylaşılmaması ilə bağlı xəbərdarlıq edir. Dermatoloq, dr. Ata Nejat Ertek yoluxa biləcək xəstəlik riskinə qarşı darağınızı heç kimlə paylaşmamanızı tövsiyə edir. Bədəndə meydana gələn göbələk xəstəliyinin dəri xəstəliyi olduğunu ifadə edən Ertekin fikrincə, xəstəlik üzərilərində çox tük olmayan dərilərin düz hissələrini təsiri altına alır. Adətən qırmızı pulcuqlu bir nöqtə ilə başlayır. Bu nöqtə zaman keçdikcə xaricə doğru yayılır. Yaranın mərkəzi yaxşılaşmağa başlayıb bir halqa şəklini ala bilər.
Kubanın yeni lideri o olacaq? - Fidel Kastronun qardaşı qızı
Kubanın keçmiş lideri Fidel Kastronun qardaşı qızı Mariela Kastro ikinci dəfə Kuba parlamentinə namizədliyini irəli sürüb. M.Kastronun parlamentə seçiləcəyi təqdirdə onun ölkənin ali vəzifəsinə seçilmək şansı olacağı bildirilir. Lakin Mariela Kastro bu vəzifəyə iddia etmədiyini bildirib.
Aktrisa serialının bitməsinə sevindi: V"Yaxşı oldu"
Aktrisa Öykü Karayel sevgilisi Can Bonomo ilə birlikdə “Ölümlü dünya” filminin qala gecəsinə qatılıb. Aktrisa çəkildiyi “Kalp atışı” serialının gələn həftə finala çıxacağını təsdiqləyib.
Ramos: "Zidanı müdafiə edənlərin önündə gedəcəyik"
"Real"ın kapitanı Serxio Ramos komandanın İspaniya Kubokunda "Leganes"ə uduzaraq (1:2) mübarizəni dayandırmasından sonra fikirlərini bölüşüb. Təcrübəli müdafiəçi baş məşqçi Zidanı müdafiə edib.
Gözlərin ani qaralması bu xəstəliklərə işarədir...
Bir çox insanlar gözlərin ani qaralmasından şikayət edir. Bu simptom adətən insan uzun müddət ərzində ayaq üstə qaldıqda, qorxduqda, sürətlə ayağa qalxdıqda baş verə bilər. Əgər bu hal tez-tez təkrarlanırsa, diqqətli olun. Bu müxtəlif xəstəliklərin simptomu ola bilər.
Mədə xorası zamanı qoz südü
Qoz çox faydalı məhsuldur. Onun tərkibində insan orqanizmi üçün lazım olan nadir maddələr (yağlı turşular, zülallar, vitaminlər, minerallar) var. Qoz, onun yarpaqları, arakəsmələri, qabıqları, yağı xalq təbabətində təbii müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Qoz baş ağrısı, yuxusuzluq, skleroz zamanı istifadə olunur:
MADO satıldı
Türkiyənin məşhur MADO şirkətinin 42 faizi satılıb. Şirkətin səhmləri Qətərin “Əl Sraiya” və “Venture Kapital” şirkəti tərəfindən alınıb. MADO-nun baş direktoru Gürol Çıragöz satışla bağlı məlumatı təsdiqləyib: “20 ölkədə 50 mağazamız var. Bunu daha da artırmaq və qlobal oyunçu olmaq niyyətindəyik. Bu ortaqlıq hədəflərimizi həyata keçirməyə dəstək verəcək”.














