Gündəm

Professional bəstəkarlıq məktəbinin 110 illiyi 

26 Yanvar 2018 09:24

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyinə həsr edilmiş tədbir keçirilib. Muzeyin direktoru, sənətşünasıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Azərbaycanda bəstəkarlıq məktəbinin 110 illik inkişaf yolu və nailiyyətlərindən söhbət açıb. O, dahi Üzeyir Hacıbəylinin əsasını qoyduğu bu məktəbin korifey nümayəndələri - Zülfüqar Hacıbəyli, Müslüm Maqomayev, Asəf Zeynallı, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Bakıxanov, Səid Rüstəmov, Oqtay Zülfüqarov, Vasif Adıgözəlov, Əhməd Bakıxanov, Vaqif Mustafazadə, Elza İbrahimova, Şəfiqə Axundova və başqalarının milli musiqi xəzinəsinə töhfələrini qeyd edib.

“Hüseyn Cavid – 135” şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq

26 Yanvar 2018 09:21

Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdikləri “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçiriləcək.

Ukraynada vertolyot qəzası: ölənlər var

26 Yanvar 2018 09:19

Ukraynada Mi-8 vertolyotu qəzaya uğrayıb. Bu barədə RİA "Novosti" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Poltava vilayəti üzrə mətbuat xidmətinin rəhbəri Svetlana Rıbalkoya istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, vertolyot televiziya qülləsinə çırpılıb və Poltava vilayətinin Kremençuq şəhərində yerə düşüb. Hadisə zamanı vertolyotda 4 nəfər olub. Onların hamısı qəza zamanı həlak olub.

Azərbaycan xalçası Los-Anceles sərgisində

26 Yanvar 2018 09:17

Azərbaycanın ən məşhur xalçalarından biri - “Ərdəbil” və “Şeyx Səfi xalçası” adları ilə tanınmış xalça hazırda Los-Anceles dairəsindəki İncəsənət Muzeyində nümayiş etdirilir. Toxunma tarixi məlum olan ən qədim, ən iri (35 milyon ilmədən ibarət) və tarixi əhəmiyyətli xalçalardan biri sayılan “Şeyx Səfi xalçası” başqa bir məşhur Azərbaycan xalçası ilə bərabər uzun müddət Londondakı Viktoriya və Albert Muzeyində saxlanılıb.

Zəlzələ - 5,1 bal gücündə

26 Yanvar 2018 09:15

Feysbuk və İnstaqram çökdü

26 Yanvar 2018 09:14

Facebook və Instagram sosial şəbəkələrinin istifadəçiləri bu servislərin fəaliyyətində problemlərlə üzləşib. Sosial şəbəkələrin fəaliyyətində fasilələır Şimali Amerika şərq vaxtı (EST) ilə saat 13:13-dən başlayıb. ABŞ, Meksika, Braziliya, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Bolqarıstan, Hollandiya və İrlandiyadakı Facebook istifadəçiləri sosial şəbəkələrə daxil ola və şəkillərə baxa bilməyib.

306 terrorçu zərərsizləşdirildi - "Zeytun budağı" əməliyyatında

26 Yanvar 2018 09:12

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın şimalında keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların itkiləri barədə rəqəmləri açıqlayıb. 14 təyyarə ilə terrorçulara aid 25 hədəf məhv edilib, 306 terrorçu zərərsizləşdirilib.

Daşaltı əməliyyatından 26 il ötür

26 Yanvar 2018 09:10

Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür. Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb. Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.

Qiyamət 30 saniyə də yaxınlaşdı - Bəşəriyyəti faciədən 2 dəqiqə AYIRIR

26 Yanvar 2018 09:09

Nüvə faciəsinin təhlükəsini göstərən Qiyamət günü simvolik saatı (Doomstay Clock) 30 saniyə irəli çəklib. Bu haqda “Bulletin of Atomic Scientists” nəşrinin icraçı direktoru Reyçel Bronson bildirib. “Əsas nüvə oyunçuları yeni qızğın silahlanmanın başlanğıcındadırlar”, - məlumat mətnində deyilir. İndi Qiyamət gününün saatının oxları 23:58-i göstərir.

DİQQƏT! Bu bitkilərin nəsli kəsilməkdədir 

26 Yanvar 2018 09:08

Almaniyada flora öz zənginliyi ilə seçilsə də, mütəxəssislərin fikrincə, bu ölkədə bəzi növlər nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

Qadınlar, diqqət: kişini özünüzə bu cür aşiq edin

25 Yanvar 2018 20:05

Birisinin diqqətini çəkmək hər şeydən əvvəl özünüzə güvənməniz və şəxsiyyətinizi olduğu kimi ortaya qoya bilmənizlə əlaqədardır. Ailem.az qadınlara kişini özünə aşiq etmənin yollarını təqdim edir.

Beyin silkələnməsi keçirən insanlar daha tez intihar edirlər

25 Yanvar 2018 19:54

Beyin silkələnməsi keçirmiş insanlar digər insanlarla müqayisədə 3 dəfə daha tez intihar edirlər. Bu qərara Toronto Universiteti alimləri gəlib. Alimlər beyin silkələnməsi keçirmiş 230 min insan haqqında məlumat toplayıb. Nəticədə alimlər belə qərara gəliblər ki, bu insanlar arasında intihar edənlərin sayı belə travma almayan insanlarla müqayisədə xeyli çoxdur. Alimlərin fikirinə görə, bunun səbəbi beyin silkələnməsi keçirmiş insanlarda yuxusuzluq və depressiya kimi pozulmaların daha tez inkişaf etməsidir.

Qriqorçuk: “Milli komanda üzvlərinə daha çox şans verdik”

25 Yanvar 2018 19:50

Bu gün oyun vaxtını futbolçular arasında bölmüşdük. İstədiyimiz də uğurlu alındı. Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Türkiyənin Antalya şəhərində keçirilən "Qəbələ" - "Rabotniçki" oyunundan (2:1) sonra "qırmızı-qaralar"ın ukraynalı çalışdırıcısı fikirlərini bölüşüb: "Milli komandanın üzvlərinə daha çox oynamaq imkanı verdik ki, onlar yığmaya tam qaydasında yollansınlar. Yanvarın 27-də keçirəcəyimiz oyunda onlara az şans verəcəyik. Ola bilər ki, bu oyunçular istirahət etsin. Onlar ayın 30-da meydana çıxacaq və bir qarşılaşmadan sonra geri dönəcək.

Parlaq saçlara sahib olmaq üçün 8 TƏBİİ ÜSUL

25 Yanvar 2018 19:49

Bütün qadınlar saçlarının parlaq və qüsursuz olmasını arzulayır. Bunun üçün təkcə şampun və digər vasitələrə üz tutmaya da bilərsiniz. Parlaq saçlara qovuşmaq üçün lazım olan 10 təbii üsulla sizi tanış edirik.

Uşaqlarda göz xəstəlikləri artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

25 Yanvar 2018 19:44

Texnologiyanın inkişafı özü ilə yeni uğurlar gətirməklə bərabər, eyni zamanda, müəyyən xəstəliklərə də yol açır. Bunlardan biri də gözlərin zəifləməsidir. Təsadüfi deyil ki, eynəkdən istifadə edənlərin sayı günbəgün artır. Buna həm də texnoloji avadanlıqlardan həddindən çox istifadə də səbəb olur. Artıq bu problem o dərəcədə özünü büruzə verir ki, nəinki yaşlı insanlar, cavanlar, azyaşlıların da kiçik yaşlarından eynəyə ehtiyacı olur. Gözün getdikcə zəifləməsi isə gələcəkdə ciddi fəsadlara yol aça bilər.