DİQQƏT! Bu bitkilərin nəsli kəsilməkdədir
Almaniyada flora öz zənginliyi ilə seçilsə də, mütəxəssislərin fikrincə, bu ölkədə bəzi növlər nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
26 Yanvar 2018 09:08 DünyaAlmaniyada flora öz zənginliyi ilə seçilsə də, mütəxəssislərin fikrincə, bu ölkədə bəzi növlər nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.
Bioloqlar bu problemə diqqət cəlb etmək məqsədilə müxtəlif kateqoriyalarda azalmaqda olan "İlin bitkisi"ni seçiblər. Maraqlısı odur ki, həmin bitkilərin bəziləri Azərbaycanda yabanı şəkildə də bitir. Həmin bitkilərin adlarını təqdim edirik:
İlin ağacı - Şabalıd
İlin çiçəyi - Bulaqotu, dəstərək
İlin çoxillik bitkisi - Kürən günotu
İlin göbələyi - Şampinyon
İlin ədviyyatı - Zəncəfil
İlin tərəvəzi - Şalğam
İlin dərman bitkisi - İtotu
İlin səhləb gülü - Enliyarpaq səhləb
İlin mamırı - Almayabənzər bartramiya
İlin zəhərli bitkisi - Gənəgərçək
Trend