Gündəm
Həmsədrlər növbəti dəfə regiona səfər edəcəklər
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın birinci ongünlüyündə regiona səfər edəcəklər. Bunu açıqlamasında Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib.
Ləğv prosesində olan 6 bankın əmlakı satışa çıxarılır
Əmanətlərin Sığortalanması Fondu Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır. Bu barədə Fonddan verilən məlumata görə, 39 lot üzrə daşınar və daşınmaz əmlak ilk dəfə hərraca çıxarılır, 15 lot üzrə daşınar və daşınmaz əmlak isə təkrar hərraca çıxarılır.
Uşaqlar silahlı münaqişələrin qurbanına çevriliblər
“Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2017-ci il sentyabrın 1-nə olan statistikasına görə, itkin düşmüş 3868 azərbaycanlıdan 3126-sı hərbçi, 742-si isə mülki şəxs olub. Mülki şəxslər arasında 62 uşaq, 262 qadın və 302 yaşlı insan olub. Bundan əlavə, əldə edilən məlumata əsasən itkin düşmüş 3868 nəfərdən 872-si erməni hərbçiləri tərəfindən əsir və girov götürülüb.
Sahibə Qafarova: “193 azərbaycanlı uşaq erməni vandalları tərəfindən qətlə yetirilib”
“Bir sıra regionlarda müharibə alovlarının şiddətləndiyi indiki məqamda uşaqların münaqişələrdən qorunması, onların yaşamaq hüquqlarının müdafiəsi olduqca vacib, hətta taleyüklü məsələyə çevrilib. Əlbəttə, uşaqların qorunması beynəlxalq humanitar hüquq və insan haqları, 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, eləcə də uşaq və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair konvensiyalarda təsbit edilib. Ancaq beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş bu məsələlərə heç də əməl olunmadığını aydın görürük”.
Azərbaycanlı deputat Avropa Şurasını ittiham etdi
AŞPA-nın qış sessiyasının ilk günlərində insan hüquqları üzrə yeni komissar seçildi. Avropa Şurasının hazırkı komissarı Nils Muiznieks Azərbaycana qarşı daim qeyri-obyektiv, qərəzli mövqeyi ilə seçilmiş bir şəxsdir. Təsadüfi deyil ki, ötən sessiyalarda onun Azərbaycan əleyhinə işləyən gizli qruplaşmalarla bağlı olması haqqında avropalı müstəqil araşdırıcıların tərtib etdiyi ifşaedici hesabat yayılıb.
Sevinc Fətəliyeva: “Zorakılıqlar uşaqlara ciddi psixoloji zərbə vurur”
“Dağlıq Qarabağda gərginlik davam edir və təmas xətti boyunca dəfələrlə zorakılıq aktları nəticəsində uşaqlar, mülki şəxslər həyatlarını itiriblər. Bu regionda son hadisələrdən sonra həmməruzəçilər hər iki ölkəni münaqişəni sülh yolu ilə həll etməyə çağırıblar. Assambleya dəfələrlə münaqişələrlə bağlı qətnamələr qəbul edərək, tərəfləri Avropa Şurasının üzv dövlətləri kimi öhdəliklərinə riayət etməyə səsləsə də, təəssüf olsun ki, sülh hələ də bərqərar olmayıb”.
Fədayə Laçının bu VİDEOsunu görən bacısı studiyanı gözyaşı içində tərk etdi
Ötən axşam "5/5"in efirində qonaq olan İlahə Fəda hazırda həbs həyatı yaşayan xanım sənətçi Fədayə Laçına həsr edilən videosüjet zamanı gözyaşını saxlaya bilməyib.
""Qarabağ" üzərində əzmkar qələbə xoşdur"
Bu oyun üçün əsas vəzifəmiz oyun praktikası qazanmaq, həmçinin ikinci zonada müdafiənin üzərində çalışmaq idi. Bu sözləri Ukraynanın "Mariupol" klubunun baş məşqçisi Aleksandr Babiç deyib. "Qarabağ"la Türkiyənin Antalya şəhərindəki yoxlama oyununda 3:2 hesablı qələbə qazanan ukraynalıların çalışdırıcısı matç haqda fikirlərini açıqlayıb. O, klubun rəsmi saytına açıqlamasında qarşılaşmadan da, nəticədən də məmnun qaldığını qeyd edib:
Türkiyə Suriyanın şimalında daha bir cəbhə aça bilər
Türkiyə Suriyanın şimalında, PYD və YPG terror təşkilatlarının nəzarəti altında olan Mənbic şəhəri istiqamətində də cəbhə aça bilər. Bu barədə Türkiyə Silahlı Qüvvələrindəki mənbə bildirib. Mənbə qeyd edib ki, Mənbic terrorçuların dislokasiya mərkəzidir: "Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birgə Afrin bölgəsinin azad edilməsi üzrə hərbi əməliyyatları uğurla davam etdirir". O əlavə edib ki, Afrində görülən tədbirlər "Zeytun budağı" əməliyyatı ilə məhdudlaşmayacaq.
Xəstəxanada ŞOK OLAY
Rusiyada xəstəxanaların birində santexnik ustası həkim xalatı geyinərək özünü həkim ginekoloq kimi təqdim edib. Qalmaqallı hadisə ölkənin Sverdlovsk vilayətinin Pervouralsk şəhərində baş verib. 31 yaşlı usta çox sakit və rahat bir şəkildə həkim xalatı ilə içəri girir. Özünü ginekoloq kimi təqdim etdikdən sonra isə bir-birinin ardınca xəstələri qəbul edir. Maraqlısı budur ki, şəxs özünü o qədər rahat aparır ki, nə xəstələr, nə də xəstəxana kollektivi onun kimliyindən şübhə edir. 31 yaşlı fırıldaqçı nə az, nə çox, düz 4 gün xəstəxanada xəstələri qəbul edib.
Nazirlikdən şagirdlərə narkotiklərin paylanılması ilə bağlı məlumatlara- MÜNASİBƏT
Təhsil Nazirliyi orta məktəblərin həyətlərində şagirdlərə konfet formasında narkotik vasitələrin paylanılması barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, indiyədək heç bir məktəbdə uşaqlara konfet formalı vasitələrin paylanılması halı qeydə alınmayıb: "Belə məlumatların heç bir əsası yoxdur, cəfəngiyyatdır".
Prezident səfirlərin etimadnamələrini qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Ekvadorun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri German Alexandro Orteqa Almeydanın etimadnaməsini qəbul edib.
Türkiyə ermənilərinin döyüş bəyanatı İrəvanı ŞOKA SALDI: "Erməniləri..."
Türkiyə Ermənilərinin Partikliyinin Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) tərəfindən Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatına dəstək verən bəyanatla çıxış etməsi ermənilərdə şok efekti yaradıb.
Nizami Cəfərovla görüş
Bilik Fondunun təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında İcra Hakimiyyətinin ənənəvi “Məlumat saatı”nda növbəti tədbir keçirilib. Tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Müstəqil Azərbaycanın dövlət dili siyasəti: reallıqlar və perspektivlər" mövzusunda mühazirə söyləyib.
Putinin qızı boşandı
Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonova biznesmen həyat yoldaşı Kirill Şamalovdan boşanıb. Adının açıqlanmasını istəməyən 4 mənbə bildirib ki, Şamalovla Putinin kiçik qızı Katerina Tixonovanın birliyi sonlanıb.














