Gündəm

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıb

26 Yanvar 2018 12:02

Azərbaycanın daxili işlər orqanlarının ötən gün qeydə aldıqları cinayət faktları və hadisələrin statistikası açıqlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, ötən gün 123 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb. Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

MM-in yaz sessiyasının ilk iclasının gündəliyi açıqlandı

26 Yanvar 2018 12:00

Azərbaycan Milli Məclisinin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasının gündəliyi açıqlanıb.“Olaylar”ın xəbərinə görə, iclasın gündəliyinə 15 məsələ daxildir. Bunlar “Sosial sığorta haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Peşə təhsili haqqında”, “Dərman vasitələri haqqında”, “Terrorçuluğa qarşı mübarizə Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunlara, o cümlədən İnzibati Xətalar və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Azay Quliyev: "QHT layihələrinin maliyyələşdirilməsi üçün ayrılan vəsait kifayət deyil"

26 Yanvar 2018 11:58

"Şuranın bir neçə ilə xarici QHT-yə uğurla verdiyimiz dəstək artıq 2 ildir, dayandırılıb". Məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib.

Bakıda polisə silahlı müqavimət göstərən şəxs öldürülüb

26 Yanvar 2018 11:55

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən zəruri istintaq-əməliyyat tədbirləri nəticəsində yanvarın 15-də paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Osman Abdullayevi odlu silahla qətlə yetirdiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 24 yaşlı Həsən Məşədiyevin Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində gizləndiyi yer müəyyən edilib.

Azərbaycan beynəlxalq turizm sərgisində

26 Yanvar 2018 11:53

25-28 yanvarda Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2018" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur.

Düşmən 116 dəfə atəşkəsi pozub

26 Yanvar 2018 11:52

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.

Bayram Səfərov: "Sarkisyan sadə və kasıb erməniləri aldatmağa çalışır"

26 Yanvar 2018 11:49

"Serj Sarkisyan AŞPA-dakı çıxışında növbəti dəfə sərsəmlədi. O, sadə və kasıb erməniləri aldatmağa çalışır". Bunu "Azərbaycan RespublikasınınDağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistan prezidentinin AŞPA-dakı çıxışına münasibət bildirərkən deyib. 

Türkiyə mühasirəyə alınacaq və...

26 Yanvar 2018 11:47

ABŞ-ın dövlət katibi Reks Tillersonun “təhlükəsiz zona”nın yaradılması və Suriyada 30 kilometr dərinlikdə təhlükəsizlik xəttinin qurulması barədə Türkiyəyə etdiyi təkliflərin arxasında çirkin məqsədlər dayanır.

Qərb niyə Türkiyənin terror əməliyyatına qarşı çıxır?

26 Yanvar 2018 11:45

Türkiyə Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə təhlükəsizliyini təhdid edən terror şəbəkəsinin məhv etməyi planlaşdırır. Bu, həm də Suriya masasında Türkiyənin regional güc olaraq əlini gücləndirəcək addımdır. Əməliyyatın davam etdiyi vaxtda bir sıra Qərb mediasının, xüsusilə Amerika KİV-nin Ankaranın terrora qarşı mübarizəsini yanlış təqdim etmək cəhdləri də müşahidə olunur. Bu, Vaşinqtonun PKK/PYD/YPG terrorçularını dəstəklədiyi və bölgədə məhz onlar üzərindən siyasət yürütdüyü faktı fonunda informasiya müharibəsi olaraq dəyərləndirilir. Lakin ortada “Ağ ölüm” kimi görünməyən səbəblər də mövcuddur.

İranlı qadınların üzərində narkotik vasitə aşkarlanıb

26 Yanvar 2018 11:39

Ötən gecə Sivas Baş Polis İdarəsinin Kəşfiyyat və Narkoticarətlə Mübarizə İdarələrinin apardığı əməliyyat nəticəsində Vandan Ankara istiqamətində gedən sərnişin avtobusunda axtarış aparılıb. 

"Barselona" ilə bağlı şok iddia

26 Yanvar 2018 11:37

İspaniyanın "Mundo Deportivo" nəşri "Barselona" və Osman Dembele ilə bağlı şok iddia irəli sürüb. Dembele bir müddətdi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalıb. Kataloniya nəşri isə fransalı futbolçunun kənarda qalmasının heç də zədəylə bağlı olmadığını iddia edib. Belə ki, xəbərdə "Barselona"nın mövsümün əvvəlində 100 milyon avro qarşılığında "Borussiya"dan transfer etdiyi futbolçuya görə bonusları ödəməmək üçün futbolçusunu zədəli kimi göstərdiyi qeyd edilib.

Yaponiya qripə yoluxdu

26 Yanvar 2018 11:35

Yaponiyada qrip xəstəliyi artmaqda davam edir. Bu həftənin əvvəlinə ölkədə qripə yoluxan pasiyentlərin sayı 2,83 milyon nəfərə çatıb. Bu, ötən həftə ilə müqayisədə xəstələrin sayının 1 milyon nəfər artması deməkdir. Hazırda orta hesabla bir həkimə qripə yoluxmuş 52 pasiyent düşür ki, bu da 1999-cu ildən aparılan müvafiq statistikaya əsasən rekord rəqəmdir.

Rusiyalı həmsədr nazirlərin Krakov görüşünün bəzi detallarını açıqladı

26 Yanvar 2018 11:34

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər.

“Maliyyə buraya ayrılmayıb, haraya ayrılmalıdır?”

26 Yanvar 2018 11:33

Uzun müddətdən bəri barəsində söhbətlər aparılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi nəhayət ki, parlamentin müzakirəsinə çıxarılıb. Lakin sənədin Milli Məclisin Əmək və sosial siyasət komitəsində ilkin müzakirəsi birmənalı qarşılanmayıb. Belə ki, millət vəkilləri sözügedən qanunun təkmilləşdirməyə ehtiyac olduğu qənaətinə gəliblər. MM-in Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova deyib ki, Azərbaycanda əlilliyi olan şəxslərin abilitasiyası (əlilliyi olan şəxsin mövcud potensialını maksimum inkişaf etdirməklə onun sərbəst yaşamaq imkanlarının artırılması) həyata keçiriləcək.

Deputatımız AŞ PA-da məruzə ilə çıxış edəcək

26 Yanvar 2018 11:30

Yanvarın 25-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun məruzəsi dinləniləcək.