Deputatımız AŞ PA-da məruzə ilə çıxış edəcək

Yanvarın 25-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun məruzəsi dinləniləcək.

Yanvarın 25-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun məruzəsi dinləniləcək. "Olaylar" xəbər verir ki, sessiyada V.Hüseynovun "Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi" mövzusunda məruzəsi dinləniləcək və müzakirə ediləcək. Qeyd edək ki, ötən gün Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın "Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması" mövzusunda məruzəsi dinlənilərək müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31