Gündəm

Yetkinlik yaşına çatmayanlarla bağlı yeni qanun layihəsi hazırlanıb

26 Yanvar 2018 12:39

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da parlamentin Gənclər və idman komitəsinin ilk iclası keçirilib.“Olaylar”ın xəbərinə görə, adıçəkilən komitənin sədri Fuad Muradov əvvəlcə bildirib ki, hesabat dövründə komitənin iclaslarında bir neçə məsələ müzakirə olunub və plenar iclaslara tövsiyə edilib.

Üç ölkənin nüvə zərbələri ABŞ-ı məhv edəcək - HƏYƏCAN TƏBİLİ

26 Yanvar 2018 12:30

ABŞ-ın raket əleyhinə yerüstü müdafiə sistemi Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikasını (KXDR) nüvə zərbələrini dəf etməyə qadir deyil. Belə fikirlə “Washington Examiner” nəşrində dərc etdiyi məqaləsində Konqres üzvü Elis Stefanik çıxış edib. “ABŞ yalnız Şimali Koreya və İran deyil, həm də Rusiya və Çin tərəfindən artan təhdidlərlə üz-üzəyik. Onlar özlərinin geosiyasi təsirinin genişləndilrilməsinə cəhd edərək bütün cəbhələr üzrə milli təhlükəsizlik maraqlarımızı pozurlar”, - o yazıb.

“Rusiya minlərlə insanı ÖLDÜRƏCƏK” – Krallığa hücumun hədəfi AÇIQLANDI

26 Yanvar 2018 12:28

Böyük Britaniyanın infrastrukturuna Rusiyanın hücumu minlərlə ölümə gətirib çıxara bilər. Bunu “Teleqraf” qəzetinə müsahibəsində Britaniyanın müdafiə naziri Gevin Uilyamson bildirib. 

Sumqayıtda 10 ədəd elekrik sayğacı yanıb

26 Yanvar 2018 12:26

Sumqayıt şəhərində ümumi sahəsi 90 m2 olan yarımstansiyada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə yarımstansiyanın çöl divarına quraşdırılımış 10 ədəd elektrik sayğacı, 1 ədəd elektrik açarı və 6 p.m kabel yanıb. Yarımstansiya yanğından mühafizə olunub. Yanğın yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Gəncədə və Lənkəranda treninqlər keçirilib

26 Yanvar 2018 12:24

Yanvarın 25-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Gəncədə və Lənkəranda sahibkarlar üçün treninqlər keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün araşdırma və inkişaf imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

Sabahdan məktəblilərin qış tətili başlayır

26 Yanvar 2018 12:23

Sabahdan Azərbaycanın ümumtəhsil məktəblərində qış tətili başlayır.  2017/2018-ci dərs ilində məktəblilərin qış tətili yanvarın 27-də başlayacaq və yanvarın 31-də başa çatacaq. Dərslər həm 5 günlük, həm də 6 günlük məktəblərdə fevralın 1-də başlayacaq.

Xanlar Vəliyev: “Ermənilərin törətdiyi cinayətlərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”

26 Yanvar 2018 12:18

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayət işlərinin istintaqından danışıb. X. Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nazirlikdən kommersiya təşkilatları və publik hüquqi şəxslərə xəbərdarlıq

26 Yanvar 2018 12:17

Maliyyə Nazirliyi kommersiya təşkilatlarının və publik hüquqi şəxslərə xəbərdarlıq edib. “Olaylar” xəbər verir ki, nazirliyin yaydığı məlumatda bildirilir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə uyğun olaraq audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Qarabağ xalçalarının xilas edilmiş eksponatlarını əks etdirən kataloq

26 Yanvar 2018 12:18

AMEA Mərkəzi Elmi Kitabxanasına  Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanmış “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub. Olaylar.az bildirir ki, kataloqda Qarabağ xanlığı, onun tarixi, Şuşanın Qarabağ xanlığının paytaxtı elan olunması, Qarabağ xanı Pənahəli xanın göstərişi ilə Şuşa qalasının tikilməsi, eləcə də xanlıqlar dövründə Qarabağ xanlığının vəziyyəti, orada baş verən hadisələr haqqında məlumat verilir. Albomda da eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının xilas edilmiş eksponatları haqqında da geniş məlumat verilir.

390 ailənin yaşadığı vahiməli ərazidən REPORTAJ: Burada ölüm at oynadır

26 Yanvar 2018 12:15

Səbail rayonunun Bayıl qəsəbəsində, Bakı Televiziya Qülləsinin yaxınlığında davam etməkdə olan torpaq sürüşməsi onlarla evi qəzalı vəziyyətə salıb. Ən təhlükəli vəziyyət isə qəsəbənin "Cənub dərə" adlanan küçəsindəki yaşayış evlərindədir. 24 yanvarda 49 saylı orta məktəbə yerləşdirilən ailələr dünən 163 saylı məktəbə köçürülüb.

Muğamın qorunması və inkişafna dair qanun layihəsi MM-də müzakirəyə çıxarılır

26 Yanvar 2018 12:12

Uzun müddətdir, müzakirəsi təxirə düşən “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır. Məlumata görə, qanun layihəsi MM-in Mədəniyyət komitəsinin yanvarın 29-da keçiriləcək iclasında müzakirə olunacaq.

Tramp müsəlmanlardan ÜZR İSTƏDİ: "Bunu bilmirdim..." - VİDEO

26 Yanvar 2018 12:09

ABŞ prezidenti Donald Tramp keçən il İngiltərənin anti-islam hərəkatı lideri "Britain First" qrupunun paylaşdığı videoları öz tvitter səhifəsində retvitlədiyi üçün üzr istəyib. Davos Formunda İngiltərə mediasına açıqlama verən prezident qrup haqqında heç bir bilgisi olmadığını söyləyib və “görüb görə biləcəyiniz ən az irqçi insan mənəm” ifadələrini işlədib. Tramp bildirib ki, videoları paylaşmaq anti-islam qrupuna dəstək vermək anlamına gəlməməlidir: “Əlbəttə ki, onların necə bir insan olduqlarını bilmirdim. Onlar haqqında, ümumiyyətlə, heç nə bilmirdim. Orada-burada oxuduğum bir neçə cümlə xaric, hələ də o qrup haqqında məlumatım yoxdur”.

Ölümcül VİRUS YAYILIB

26 Yanvar 2018 12:07

“Son illər yayılan qrip virusu nəfəs alıb-verməklə belə keçir. Özünü yaxşı hiss etməyənlər evdən çıxmasın”. ABŞ-ın Maryland Universitetinin alimləri son illərin qrip virusunu təhlil edərkən bu qənaətə gəlib. Universitetinin alimləri ölkənin 49 əyalətində yayılan son illərin ən ölümcül qripi ilə bağlı araşdırma aparıb. Büdcəsi 10 milyon dollar olan araşdırma zamanı 142 qrip xəstəsinin vəziyyəti 4 ay ərzində incələnib.Yayılan virusun H3N2 olduğu qənaətinə gəliblər.

SOS:Azərbaycanda təhlükəli şəbəkə formalaşıb

26 Yanvar 2018 12:04

“Azərbaycanda bir sistem qurulub, əla da işləyir. Məqsədləri Azərbaycanın alimlərindən, yazıçılarından, dövlət xadimlərindən, tarixi şəxsiyyətlərindən, hərbi sərkərdələrindən başlayaraq mətbəxtinədək nə varsa hamısı haqqında neqativ fikir formalaşdırmaqdır”. “Olaylar” xəbər verir ki, bunu deyən hüquq müdafiəçidi Sahib Məmmədov bildirib ki, formalaşmış şəbəkəyə bəzən bilmədən qoşulanlar da olur: “Eyni zamanda Avropada sığınacaq almaq üçün erməni mətbuatına yazılar verənlər də olur, yəni öz məqsədləri üçün bizim dəyər saydıqlarımızı heçə endirmək.