“Rusiya minlərlə insanı ÖLDÜRƏCƏK” – Krallığa hücumun hədəfi AÇIQLANDI

Böyük Britaniyanın infrastrukturuna Rusiyanın hücumu minlərlə ölümə gətirib çıxara bilər. Bunu “Teleqraf” qəzetinə müsahibəsində Britaniyanın müdafiə naziri Gevin Uilyamson bildirib. 

Böyük Britaniyanın infrastrukturuna Rusiyanın hücumu minlərlə ölümə gətirib çıxara bilər. Bunu "Teleqraf" qəzetinə müsahibəsində Britaniyanın müdafiə naziri Gevin Uilyamson bildirib. Onun sözlərinə görə, Kreml Böyük Britaniyanın infrastrukturunun kritik əhəmiyyətli nöqtələrini araşdırır və istənilən başqa ölkə üçün "tamamilə qəbuledilməz" hesab olunan hərəkətlərə hazırlaşır. Xüsusi halda, Uilyamson hesab edir ki, Rusiyanın hədəfində krallığı qitə ilə bağlayan qaz kəmərləri və elektrikötürücü xətlər ola bilər. "Əminəm ki, bu, ölkənin hazırda qarşılaşdığı real təhlükədir", - nazir əlavə edib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31