Yetkinlik yaşına çatmayanlarla bağlı yeni qanun layihəsi hazırlanıb
Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da parlamentin Gənclər və idman komitəsinin ilk iclası keçirilib.“Olaylar”ın xəbərinə görə, adıçəkilən komitənin sədri Fuad Muradov əvvəlcə bildirib ki, hesabat dövründə komitənin iclaslarında bir neçə məsələ müzakirə olunub və plenar iclaslara tövsiyə edilib.
26 Yanvar 2018 12:39 SosialMilli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da parlamentin Gənclər və idman komitəsinin ilk iclası keçirilib."Olaylar"ın xəbərinə görə, adıçəkilən komitənin sədri Fuad Muradov əvvəlcə bildirib ki, hesabat dövründə komitənin iclaslarında bir neçə məsələ müzakirə olunub və plenar iclaslara tövsiyə edilib. Onun sözlərinə görə, hesabat dövrü ərzində komitəyə 124 şikayət, ərizə, müraciət daxil olub və onlardan böyük qismi baxılması, həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib. Komitə sədri eyni zamanda deyib ki, 2018-ci ilin qanunvericilik işləri planına isə "Gənclər siyasəti haqqında", o cümlədən, "Bədən tərbiyəsi və idman haqqında", "İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı haqqında" qanunlara dəyişikliklər məsələsi, "Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında" yeni qanun layihəsi və sair məsələlər daxildir.