Qarabağ xalçalarının xilas edilmiş eksponatlarını əks etdirən kataloq

AMEA Mərkəzi Elmi Kitabxanasına  Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanmış “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub. Olaylar.az bildirir ki, kataloqda Qarabağ xanlığı, onun tarixi, Şuşanın Qarabağ xanlığının paytaxtı elan olunması, Qarabağ xanı Pənahəli xanın göstərişi ilə Şuşa qalasının tikilməsi, eləcə də xanlıqlar dövründə Qarabağ xanlığının vəziyyəti, orada baş verən hadisələr haqqında məlumat verilir. Albomda da eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının xilas edilmiş eksponatları haqqında da geniş məlumat verilir.

AMEA Mərkəzi Elmi Kitabxanasına  Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Xalça Muzeyi tərəfindən hazırlanmış "Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı" adlı kataloq daxil olub. Olaylar.az bildirir ki, kataloqda Qarabağ xanlığı, onun tarixi, Şuşanın Qarabağ xanlığının paytaxtı elan olunması, Qarabağ xanı Pənahəli xanın göstərişi ilə Şuşa qalasının tikilməsi, eləcə də xanlıqlar dövründə Qarabağ xanlığının vəziyyəti, orada baş verən hadisələr haqqında məlumat verilir. Albomda da eləcə də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının xilas edilmiş eksponatları haqqında da geniş məlumat verilir.

Qədim tarixə malik Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədiləAzərbaycan SSR Mədəniyyət Nazirliyinin 26 sentyabr 1985-ci il tarixli 502 №-li əmrinə əsasən Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialının əsası qoyulub. Filial fəaliyyətinə 19 may 1987-ci il tarixindən general Səməd bəy Mehmandarova məxsus XVIII əsr abidəsi olan malikanədə başlayıb. Şuşa filialında Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fondundan seçilmiş xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, milli geyim, zərgərlik və bədii metal nümunələri nümayiş olunub. Azərbaycan və Ermənistan arasında baş vermiş hərbi münaqişə 1992-ci ildə filialın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 1992-ci ilin 29 fevral tarixində Şuşa filialının 246 ədəd eksponatından 183-ü (80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və milli geyim, 39 ədəd zərgərlik məmulatı) təxliyə edilərək muzeyin əsas fonduna təhvil verilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa

Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına, "Arxeloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına ziddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31