Gündəm

Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlərin çoxunu parlament həyata keçirəcək

26 Yanvar 2018 13:25

“Bildiyimiz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycanlıların soyqırımın 100 illiyi tamam olur. Həmçinin cənab prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib”.

Parlamentin Gənclər və idman komitəsindən yenilik

26 Yanvar 2018 13:22

Milli Məclisin Milli Məclisin Gənclər və idman komitəsi yenilik edib. “Olaylar” xəbər verir ki, komitə 2017-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı elektron formada təqdim edib.

Davos İqtisadi Forumu Azərbaycan üçün əlavə bir imkandır

26 Yanvar 2018 13:16

Azərbaycanın dünyada artan nüfuzu onun mötəbər beynəlxalq təşkilaların tədbirlərinə qatılmasına zəmin yaradıb. Artıq Azərbycan dünyanın bir sıra nüfuzlu təşkilatlarının üzvü olmaqla yanaşı, qlobal məsələlərin müzakirə edildiyi tədbirlərə də dəvətli olur. Bu isə özlüyündə ölkəmizin beynəlxalq imicinin göstəricisi kimi dəyərləndirlir. Hazırda da Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.

Əfv və amnistiya insanın bəraət alması deməkdirmi?

26 Yanvar 2018 13:11

Artıq illərdir ki, əlamətdar günlər və bayramlar ərəfəsində Azərbaycanda məhkumlarla bağlı əfv və amnistiya tətbiqi ənənə halını alıb. Xüsusilə məhbus ailələri bu günləri böyük səbirsizliklə gözləyir. Bəs amnistiya və əfvin fərqi nədir? Azərbaycan Respublikası Konstitusiyasına əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir.

Elektron ticarətdə istehlakçılar daha çox aldadılır

26 Yanvar 2018 13:09

Müasir dünyada elektron ticarətin artımı müşahidə olunur. Sözügedən proses dünyaya inteqrasiya edən Azərbaycandan da yan keçməyib. Qeyd edək ki, Azərbaycanda qəbul edilən “Elektron ticarət haqqında” qanun bu sahədə yaranan münasibətləri tənzimləyir. Lakin bütün tətbiq edilən təhlükəsizlik tədbirlərinə, aparılan maarifləndirmə işlərinə baxmayaraq bu sahədə istehlakçıların aldadılması faktları qeydə alınmaqdadır. Bəs, belə halların qarşısını almaq mümkündürmü? Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycanda elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsində və “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 5-ci maddələrində müvafiq əlavə və dəyişikliklər edilib.

Prezidentin Davosdan dünyaya verdiyi mesajlar

26 Yanvar 2018 13:07

Bu günlərdə dünyanın əsas diqqət mərkəzinin yönəldiyi mıkanlardan biri İsveçrənin Davos şəhəri idi. Hər il ənənəvi olaraq keçirilən Davos Dünya İqtisadi Forumunda bu dəfə də Azərbaycan ən yüksək səviyyədə təmsil olunurdu. Ümumiyyətlə, Azərbaycan Davos Dünya İqtisadi Forumunun iştirakçısına çevriləndən bu mötəbər tədbirə xüsusi önəm verərək həmin toplantıya ən yüksək səviyyədə qatılıb. Çünki ilk növbədə Davos İqtisadi Forumu iştirakçı ölkələrə, eləcə də Azərbaycana öz iqtisadi potensialı, malik olduğu imkanlar, ölkənin investisiya mühiti barədə beynəlxalq aləmin məlumatlandırılması baxımından olduqca əhəmiyyəli tədbirdir. Onu da qeyd edək ki, forum çərçivəsində müxtəlif ölkələrin rəsmiləri, nüfuzlu şirkət rəhbərləri ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlər də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəlidir.

Polis narkotik alverçilərini yaxaladı

26 Yanvar 2018 13:04

Yanvarın 25-də ümumi çəkisi 12 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 2 kiloqramdan artıq heroin, 8,5 kiloqramdan çox tiryək və 1,3 kiloqrama yaxın marixuana götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadov məlumat verib.

Deputatlar beynəlxalq yarışa qatılacaqlar

26 Yanvar 2018 13:03

“Milli Məclisin deputatlarının iştirakı ilə beynəlxalq futbol turnir keçiriləcək”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov deyib. O, deyib ki, bir neçə ölkədən nümayəndələr gələcək: “Turnirin fevralın 9-10-11-dəkeçirilməsi planlaşdırılır”.

Adil Əliyev: “Ermənistan prezidentinin yalanları keçmir”

26 Yanvar 2018 13:02

 “Ermənistan prezidenti Serj Sərkisyan Fransaya səfər etdi, həm Parisdə bu ölkənin prezidenti Emmanuel Makronla görüşdü, həm də Strasburqa gedərək AŞPA-da çıxış etdi. Onun Parisdə və Strasburqda danışdıqları yalandan başqa bir şey deyildi. Bəlkə Avropada kimlərsə onun yalanlarına inanar, ancaq Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak edən, Xocalıda günahsız insanlarımızı vəhşicəsinə qətlə yetirən birisindən “biz sülh istəyirik” sayıqlamasını heç öz ölkəsinin əhalisi ciddi qəbul etməz”. Bu sözləri Milli Məclisin deputatı Adil Əliyev Sərkisyanın Fransa səfərini şərh edərkən deyib.

Piyadalar xüsusi işıq qaytarıcılarla təchiz oluna bilər

26 Yanvar 2018 12:57

Azərbaycanda yol qəzalarının qarşısının alınması üçün piyadaların xüsusi işıq qaytarıcı vasitələrdən istifadə etməsi təklif edilir. "Olaylar” xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Komitəsinin üzvü Şahin İsmayılov komitənin iclasında çıxış edib. Ş.İsmayılov bildirib ki, ötən il təqribən 700-dən çox insan yol qəzalarında ölüb: "Bu, olduqca çox böyük rəqəmdir.

Ənənəvi İslamın təbliğində dini icmaların rolundan danışılıb

26 Yanvar 2018 12:47

Bakı Dövlət Universitetinin Qazax filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qazax şəhər “Cümə” məscidi dini icmasının “İslam sülh, həmrəylik və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Ənənəvi İslamın təbliğində dini icmaların rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, Qazax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Orucov ölkəmizdəki tolerant və multikultural mühitdən danışıb. Qeyd edib ki, ölkəmizdə dini etiqad azadlığı qorunur və hər bir insanın öz inanclarını qoruyub saxlaması, dini ayinləri sərbəst yerinə yetirməsi üçün zəruri şərait yaradılıb.

Şəkidə 11 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol yenidən qurulur

26 Yanvar 2018 12:46

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki rayonunda xüsusi əhəmiyyətə malik avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, söhbət 50.9 km uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolundan gedir.

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb

26 Yanvar 2018 12:45

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Əfqanıstandan qayıdan sülhməramlıların qarşılanma mərasimi keçirilib.

Dopinq vasitələrinin istifadəsinə qarşı cəzalar sərtləşir

26 Yanvar 2018 12:42

Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsinin yanvarın 26-da keçirilən iclasında komitə sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir: “Ümumi təkliflər paketi var.

Qazaxıstanın spikeri Azərbaycana səfər edəcək

26 Yanvar 2018 12:40

Qazaxıstan parlamentinin Gənclər və idman komitəsinin sədrinin Azərbaycana səfəri gözlənilir. “Olaylar”ın xəbərinə görə, bu haqda Milli Məclisin (MM) Gənclər və idman komitəsinin üzvü Adil Əliyev adıçəkilən komitənin yanvarın 26-da keçirilən iclasında bildirib.