Davos İqtisadi Forumu Azərbaycan üçün əlavə bir imkandır
Azərbaycanın dünyada artan nüfuzu onun mötəbər beynəlxalq təşkilaların tədbirlərinə qatılmasına zəmin yaradıb. Artıq Azərbycan dünyanın bir sıra nüfuzlu təşkilatlarının üzvü olmaqla yanaşı, qlobal məsələlərin müzakirə edildiyi tədbirlərə də dəvətli olur. Bu isə özlüyündə ölkəmizin beynəlxalq imicinin göstəricisi kimi dəyərləndirlir. Hazırda da Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
26 Yanvar 2018 13:16 İqtisadiyyatForumda ölkəmizlə əməkdaşlığın üstünlükləri üzə çıxacaq
Azərbaycanın dünyada artan nüfuzu onun mötəbər beynəlxalq təşkilaların tədbirlərinə qatılmasına zəmin yaradıb. Artıq Azərbycan dünyanın bir sıra nüfuzlu təşkilatlarının üzvü olmaqla yanaşı, qlobal məsələlərin müzakirə edildiyi tədbirlərə də dəvətli olur. Bu isə özlüyündə ölkəmizin beynəlxalq imicinin göstəricisi kimi dəyərləndirlir. Hazırda da Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir. Özü də bu əməkdaşlıq qarşılıqlı anlaşma və bərabərsəviyyəli şəraitdə həyata keçirilir. İndi bütün dünyanın diqqəti İsveçrənin Davos şəhərinə yönəlib. Artıq 48-ci dəfədir ki, keçirilən Davos İqtisadi Forumunda beynəlxalq aləm üçün əhəmiyyətli olan məsələlərin müzakirəsi aparılır. Azərbaycanın da sözügdən Foruma qatılması onun beynəlxalq imicinə dəlalət etməklə bərabər, həm də ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, bu beynəlxalq tədbirdə dünyanın aparıcı dövlətləri və iqtisadi qurumlarının rəhbərləri təmsil olunur və prezident İlham Əliyev Forum çərçivəsində mühüm görüşlər keçirir, qarşılıqlı faydalı müzakirələr aparır. Bu görüşlər zamanı ölkəmizin gələcək inkişafı, yeni əməkdaşlıq imkanları ilə bağlı mühüm razılaşmalar əldə edilir. Paralel olaraq bu Forma Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün bir tribuna rolunu oynayır. Bu dəfəki Davos Forumu çərçivəsində dövlət başçımızın "Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı" adlı sessiyada iştirakını, "Strateji baxış: Avrasiya" mövzusunda interaktiv iclasda səsləndirdiyi fikirləri xüsusi olaraq vurğulamaq lazım gəlir. Maraqlıdır, Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? Millət vəkili Tahir Mirkişili deyib ki, Davosda keçirilən Dünya İqtisadi Forumu siyasi liderlərin, iri biznes rəhbərlərinin, tanınmış insanların və jurnalistlərin iştirakı ilə dünyanın vacib problemlərinin müzakirə olunduğu bir platformadır. Onun sözlərinə görə, bu dəfə "Parçalanmış dünyada ümümi gələcəyin yaradılması" altında Davosda keçirilən Dünya İqtisadi Forumunda müasirliyin əsas məsələləri, iqtisadi inkişafın perspektivləri, sabitlik və sülhün möhkəmlənməsi kimi cari məsələlər müzakirəsi predmeti olub: "Forumda dünyanın 100 ölkəsindən 3000-dən çox nümayəndə iştirak edir. Dünyanın aparıcı dövlətlərinin liderləri, baş nazirləri və iş adamları burada bir araya gəlir. Dünya İqtisadi Forumunun 700 ekspertdən ibarət ciddi iqtisadi tədqiqat qrupu var. Bu qrup hər il dünyada iqtisadi inkişafa təhlükə yaradan riskləri ciddi araşdırır. Davosda keçirilən Dünya İqtisadi Forumu yeganə forumdur ki, həm siyasi liderləri, dünya liderlərini, həm iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir. Məhz bu baxımdan Davos Forumu müxtəlif müzakirələr, ayrı-ayrı ölkələrdən xarici investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından vacib bir platformadır". Onun sözlərinə görə, Azərbaycan da birmənalı şəkildə bu forumda iştirak etməkdə maraqlıdır: "1995-ci ildən başlayaraq Azərbaycan bu forumda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu il də Azərbaycan bu forumda ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə təmsil olunur. Azərbaycan Dünya İqtisadi Forumda iştiraka ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünya ölkələrinə çatdırmaqla ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq imkanı kimi baxır. Dünyanın aparıcı iş adamları ilə birbaşa ünsiyyət, onlarda ölkə iqtisadiyyatına investisiya etimadının daha da artırılmasına çalışmaq və bunu müasir yanaşmalarla nümayiş etdirmək vacib bir imkandır və bu imkandan da Azərbaycan Prezidenti öz görüşləri və çıxışları ilə istifadə edir. Dünyada siyasi-iqtisadi maraq kəsişmələrini artdığı bir zamanda Azərbaycanın şəffaf, yaradıcı və strateji baxışlarının ortaya qoyulması, sabitlik və inkişafın proqnozlaşdırılmasında Azərbaycanın verdiyi töhfələr forumda ölkəmizlə əməkdaşlığın üstünlüklərini önə çıxardacaq". Siyasi şərhçi Azər Həsrət deyib ki, Azərbaycan özünü dünyada tanıtmaq, etibarlı tərəfdaşlar əldə etmək üçün mümkün olan bütün beynəlxalq, qlobal tribunalardan istifadə edir. Bu baxımdan İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi forumu əlavə bir imkan deməkdir. Biz müşahidə edirik ki, Prezident İlham Əliyev şəxsən özü bu forumlarda iştirak edir". Onun sözlərinə görə, dövlət başçısı forumda Azərbaycanla bağlı fikirlərini dilə gətirir və orada olan iştirakçıların diqqətinə çatdırır: "Bununla belə cənab Prezident şəxsən həmin forumda iştirak edən ayrı-ayrı ölkə təmsilçiləri, şirkət rəhbərləri və s. ikitərəfli görüşlər keçirir və onların Azərbaycana cəlb edilməsi, ölkəmizə investisiya yatırmağa cəlb edilməsi üçün təkliflər irəli sürür. Təbii ki, nəticə də göz önündədir. Bu gün Azərbaycan dünyanın ən çox diqqət cəlb edən ölkələrindən biridir. Yəni istər investisiya yatırılması baxımından, istərsə də siyasi proseslər baxımından dünyanın ən aparıcı ölkələri xüsusən də dünya siyasətinin önündə gedən qlobal güclər Azərbaycanı mütləq diqqətə alırlar. Davos forumu və bu cür qlobal yüksək səviyyəli tədbirlərin keçirilməsində Azərbaycanın fəal iştirakı, eyni zamanda şəxsən cənab Prezidentin özünün bu tribunalardan istifadə etməsinin faydası dediyim məqamlardır. Yəni Azərbaycanın bir tərəfdən özünün təqdim edilməsi, digər tərəfdən də ölkəmizin problemlərinin dilə gətirilib bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılması, üçüncü bir tərəfdən də xarici ölkələrin maliyyə imkanlarının, həmçinin siyasi dəstəyinin Azərbaycana cəlb edilməsidir. Bu məqamlar baxımından Davos forumu bizim üçün həmişə önəmli olub".
Zəka