Şəkidə 11 min nəfərin gediş-gəlişini asanlaşdıracaq yol yenidən qurulur

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki rayonunda xüsusi əhəmiyyətə malik avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, söhbət 50.9 km uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolundan gedir.

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şəki rayonunda xüsusi əhəmiyyətə malik avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, söhbət 50.9 km uzunluğunda olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolundan gedir.

Hazırda yol boyu layihə çərçivəsində yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və asfaltlanma işləri aparılacaq. Ümumilikdə yolun 300 min m2-dən çox hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək. Tikinti layihəsinə uyğun olaraq yol boyu mövcud olan suötürücü borular yeniləri ilə əvəzlənəcək, züruri olan yerlərdə yeniləri inşa ediləcək. Belə ki, yola müxtəlif diametrli 290 metr uzunluğunda beton, 450 metr uzunluğunda isə dmir boruların quraşdırılması, mövcud 2 körpünün isə əsaslı şəkildə təmiri planlaşdırılır. Yenidənqurma işləri yol boyu yaşayan vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşımasının asanlaşmasına səbəb olacaq. Bundan başqa respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla rayonlar arası məsafə dəfələrlə qısaldılmış olacaq. Yetişdirilən kənd təsərrüfatı məhsullarının qonşu rayon mərkəzlərinə və paytaxt Bakıya tez və rahat şəkildə daşınmasına şərait yaradılmaqla kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq. Qeyd edək ki, Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolu 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31