Qazaxıstanın spikeri Azərbaycana səfər edəcək

Qazaxıstan parlamentinin Gənclər və idman komitəsinin sədrinin Azərbaycana səfəri gözlənilir. “Olaylar”ın xəbərinə görə, bu haqda Milli Məclisin (MM) Gənclər və idman komitəsinin üzvü Adil Əliyev adıçəkilən komitənin yanvarın 26-da keçirilən iclasında bildirib.

Qazaxıstan parlamentinin Gənclər və idman komitəsinin sədrinin Azərbaycana səfəri gözlənilir. "Olaylar"ın xəbərinə görə, bu haqda Milli Məclisin (MM) Gənclər və idman komitəsinin üzvü Adil Əliyev adıçəkilən komitənin yanvarın 26-da keçirilən iclasında bildirib. O, deyib ki, bu səfər fevral ayında gözlənilir: "Bildiyiniz kimi, Qazaxıstan parlamentinin sədri fevral ayında Azərbaycana səfər edəcək, Milli Məclisdə bir sıra görüşlər keçirəcək. Bu səfərlə əlaqədar olaraq da mən özüm şəxsən Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə danışıqlar apardım və səfər zamanı Qazaxıstan parlamentinin müvafiq komitəsinin sədrinin də iştirakını arzuladım. Ona görə çox güman ki, qazax həmkarımız da bu səfərə qatılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31