Dopinq vasitələrinin istifadəsinə qarşı cəzalar sərtləşir

Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsinin yanvarın 26-da keçirilən iclasında komitə sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir: “Ümumi təkliflər paketi var.

Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin (MM) Gənclər və idman komitəsinin yanvarın 26-da keçirilən iclasında komitə sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, bununla bağlı "İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında" qanuna əlavələr edilməlidir: "Ümumi təkliflər paketi var. Bura İnzibati və Cinayət məcəllərinə dəyişiklik də daxildir. Bu məsələ Gənclər və idman komitəsinin yaz sessiyasının qanunverici işlər planına daxil edilib". O, həmçinin deyib ki, Azərbaycanda MM üzvlərinin iştirakı ilə beynəlxalq futbol turniri keçiriləcək və yarışa bir neçə ölkənin nümayəndələri qatılacaq: "Turnirin fevralın 9-10-11-də keçirilməsi planlaşdırılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31