Prezidentin Davosdan dünyaya verdiyi mesajlar
Bu günlərdə dünyanın əsas diqqət mərkəzinin yönəldiyi mıkanlardan biri İsveçrənin Davos şəhəri idi. Hər il ənənəvi olaraq keçirilən Davos Dünya İqtisadi Forumunda bu dəfə də Azərbaycan ən yüksək səviyyədə təmsil olunurdu. Ümumiyyətlə, Azərbaycan Davos Dünya İqtisadi Forumunun iştirakçısına çevriləndən bu mötəbər tədbirə xüsusi önəm verərək həmin toplantıya ən yüksək səviyyədə qatılıb. Çünki ilk növbədə Davos İqtisadi Forumu iştirakçı ölkələrə, eləcə də Azərbaycana öz iqtisadi potensialı, malik olduğu imkanlar, ölkənin investisiya mühiti barədə beynəlxalq aləmin məlumatlandırılması baxımından olduqca əhəmiyyəli tədbirdir. Onu da qeyd edək ki, forum çərçivəsində müxtəlif ölkələrin rəsmiləri, nüfuzlu şirkət rəhbərləri ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlər də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəlidir.
26 Yanvar 2018 13:07 İqtisadiyyatAzər Verdiyev: "Budəfəki forum ölkəmiz üçün çox uğurlu oldu"
"Eyni zamanda dünya bir daha güclü liderin güclü bəyanatının şahidi oldu"
Bu günlərdə dünyanın əsas diqqət mərkəzinin yönəldiyi mıkanlardan biri İsveçrənin Davos şəhəri idi. Hər il ənənəvi olaraq keçirilən Davos Dünya İqtisadi Forumunda bu dəfə də Azərbaycan ən yüksək səviyyədə təmsil olunurdu. Ümumiyyətlə, Azərbaycan Davos Dünya İqtisadi Forumunun iştirakçısına çevriləndən bu mötəbər tədbirə xüsusi önəm verərək həmin toplantıya ən yüksək səviyyədə qatılıb. Çünki ilk növbədə Davos İqtisadi Forumu iştirakçı ölkələrə, eləcə də Azərbaycana öz iqtisadi potensialı, malik olduğu imkanlar, ölkənin investisiya mühiti barədə beynəlxalq aləmin məlumatlandırılması baxımından olduqca əhəmiyyəli tədbirdir. Onu da qeyd edək ki, forum çərçivəsində müxtəlif ölkələrin rəsmiləri, nüfuzlu şirkət rəhbərləri ilə keçirilən ikitərəfli və çoxtərəfli görüşlər də qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəlidir.
Qeyd etdiyimiz kimi Davos İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edirdi. Ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi forumu sayca 48-ci dəfə təşkil olunurdu. Ənənəvi Davos forumu bu dəfə "Parçalanmış dünyada birgə gələcəyin yaradılması" adı altında baş tutdu. Qeyd etdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos İqtisadi Foruma qatıldı və eyni zamanda forum çərçivəsində baş tutan bir sıra panellərdə iştirakçı oldu. Belə panellərdən biri də "Strateji perspektivlər: Avrasiya" mövzusunda keçirilirdi. Həmin tədbirdə də çıxış edən dövlət başçısı çıxışı zamanı bir sıra vacib məqamlara toxundu.
Davos İqtisadi Forumunun əhəmiyyəti və Azərbaycan dövlət başçısının forumda, eləcə də forum çərçivəsində keçirilən panellərdə çıxışına diqqət çəkən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, ekspert Azər Verdiyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev Forum çərçivəsində "Strateji baxış: Avrasiya" panelindəki müzakirələrdə çıxış edib və həm ölkəmiz, həm də region və dünya üçün müstəsna əhəmiyyətə malik olan çox mühüm məsələlərlə bağlı fikirlər söyləyib: "Prezident İlham Əliyev qeyd edib ki, ötən il neftin qiymətinin hələ də aşağı olmasına baxmayaraq, biz ehtiyatlarımıza daha 4,5 milyard dollar əlavə edə bilmişik:"Bu isə o deməkdir ki, hətta neftin qiyməti aşağı olsa belə bizim üçün narahatlığa səbəb yoxdur. Builki büdcəmizdə neftin qiymətinin 45 dollar səviyyəsində olması nəzərdə tutulub və bundan artıq toplanan bütün vəsait Neft Fonduna yönləndiriləcəkdir". "İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetlərimizdir və mən düşünürəm ki, biz bu istiqamətdə xeyli uğur əldə etmişik". Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" sessiyasında çıxışı zamanı deyib. "Dünya bazarlarında qiymətlər dramatik şəkildə aşağı düşdükdə mən Azərbaycanda bildirdim ki, bizim üçün post neft dövrü başladı. Biz ölkənin əsas gəlir mənbələri kimi texnologiya, sənaye, kənd təsərrüfatı kimi sahələri nəzərdən keçiririk. Məhz buna görə, biz ciddi islahatlar keçirdik və onun çox gözəl nəticələri oldu. Deyə bilərəm ki, iqtisadiyyatın şaxələndirilməsi prosesi hazırda da qüvvədədir və bizim bunu dayandırmaq fikrimiz yoxdur", -deyə dövlət başçısı bildirib". Azər Verdiyev onu xüsusi olaraq qeyd edib ki, bu əslində dünyaya çıxış yolu baxımından verilən mühüm mesaj idi: "Etiraf etmək lazımdır ki, Davos forumu tək iqtisadi forum deyil. Burada birmənalı şəkildə siyasi elementlər də özünü biruzə verir. Bu mənada hesab edirəm budəfəki forum ölkəmiz üçün çox uğurlu oldu. Eyni zamanda dünya bir daha güclü liderin güclü bəyanatının şahidi oldu. Budəfəki Davos forumunda Prezidentin çıxışı dünyaya mesaj idi".
Politoloq Ramiz Alıyev də qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Davos İqtisadi Forumunda dünyaya bir sıra mesajlar verdi: "Eyni zamanda forum çərçivəsində keçirilən panellərdə Azərbaycanın haqlı mövqeyini, üzləşdiyi çətinlikləri, işğal faktını bir daha beynəlxalq aləmnin diqqətinə çatdırdı. Düşünürəm ki, Azərbaycan Prezidentinin Davosdan verdiyi mühüm mesajları dünya nəzərə almaq məcburiyyətindədir. Çünki Prezident dərin və əhatəli çıxışları ilə həmçinin dünyaya, ayrı-ayrı ölkələrə mövcud vəziyyətdən, mənfi situasiyadan çıxış yolu göstərdi". Ramiz Alıyev qeyd edib ki, dövlət başçısının forum çərçivəsində müxtəlif ölkələrin rəsmiləri, ayrı-ayrı şirkət rəhbərləri ilə keçirdiyi görüşlər də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
Süleyman