Əfv və amnistiya insanın bəraət alması deməkdirmi?
Artıq illərdir ki, əlamətdar günlər və bayramlar ərəfəsində Azərbaycanda məhkumlarla bağlı əfv və amnistiya tətbiqi ənənə halını alıb. Xüsusilə məhbus ailələri bu günləri böyük səbirsizliklə gözləyir. Bəs amnistiya və əfvin fərqi nədir? Azərbaycan Respublikası Konstitusiyasına əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir.
26 Yanvar 2018 13:11 SosialRövşən Qasımov: "Şəxslərin əfv və ya amnistiya ilə azadlığa çıxması onların bəraət alması demək deyil"
Artıq illərdir ki, əlamətdar günlər və bayramlar ərəfəsində Azərbaycanda məhkumlarla bağlı əfv və amnistiya tətbiqi ənənə halını alıb. Xüsusilə məhbus ailələri bu günləri böyük səbirsizliklə gözləyir. Bəs amnistiya və əfvin fərqi nədir? Azərbaycan Respublikası Konstitusiyasına əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndinə əsasən əfv Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir. Qanunvericiliyə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Əfv konkret hansısa şəxsə aid edilir amnsisdiya isə hər hansı topluya. Hər il əfv və amnistiya aktları ilə minlərlə məhkum azadlığa buraxılır. Ancaq hüquqi sual doğuran bəzi məqamlar da var ki, o da əfv və amnistiya siyahısına düşənlərin bəraət alması məsələsidir. Məsələn vaxtilə separatçılıqda, dövlətə xəyanətdə ittiham olunaraq həbs həyatı yaşayan Ələkrəm Hümmətov, keçmiş müdafiə naziri Rəhim Qazıyev əfv fərmanları ilə azadlığa çıxsa da, onların bəraət alıb-almaması cəmiyyətdə müəyyən mübahisələr yaradar. Bəs əfv və ya amnistiyanın şəxslərə bəraət qazandırması hansı hallarda ola bilər?
Vəkil Rövşən Qasımov bildirib ki, əfv etmək ölkə rəhbərinin səlahiyyətinə aid olan məsələdir. Əfv Cinayət Məcəlləsinin hər hansı bir maddəsi ilə ittiham olunaraq barəsində məhkəmə hökmü olan şəxslərə aid edilir. Əfv ayrı ayrılıqda məhkumlara münasibətdə tətbiq edilən aktdır. Əfv müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının vaxtını azalda bilər. Ya da həbs olunanı tamamilə məhkumluq həyatından qurtara bilər. Bu kimi məsələlər əfvin predmetidir. Şəxs ictimai təhlükəsi az olan, ağır sayıla bilməyəcək cinayət törədibsə, əfv üçün müraciət edə bilər. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın müddəti on il keçdikdən sonra əfv üçün müraciət etmək hüququ yaranır. Əfv təkcə azadlıqdan məhrum olunmuş şəxslərə deyil, barəsində cərimə cəzası tətbiq olunmuş və digər maddələrlə ittiham olunanlara da aid edilə bilər: "Şəxslərin əfv və ya amnistiya ilə azadlığa çıxması onların bəraət alması demək deyil. Bəraət yalnız məhkəmənin hökmü və ya qərarı ilə verilə bilər. Yəni, hər hansı maddə ilə ittiham edilən insanın əməlində doğurdan da cinayət tərkibi olmur. Şəxsin qanunu pozması barədə sübutlar yoxdursa, istintaq tədbirləri zamanı onun cinayət işləmədiyi üzə çıxarsa, o adamlar bəraət ala bilər. Həmçinin bu məsələ amnistiyaya da aiddir. Amnistiya da bəraət üçün əsas deyil. Şəraitin dəyişməsi ilə şəxs barəsində cinayət işinə xitam verilməsi də qanunda nəzərdə tutulur. Ancaq bu da hələ həmin adamların bəraət alması anlamına gəlmir. Bir də cinayət işinin qaldırılmasından sonra müddətlərin keçməsi ilə əlaqədar şəxslərin məhkumluğu götürülə bilər. Məhkumluğun götürülməsi də həmin adamın bəraət alması deyil. Ən ağır cinayətlərdən biri də dövlətə xəyanətdir. Cinayət Məcəlləsində "dövlətə xəyanət" maddəsində ayrı-ayrı kateqoriyalar nəzərdə tutulsa da, mahiyyət etibarilə onlar arasında ciddi fərqlər yoxdur. Amnistiya - cəzanın yüngülləşdirilməsi, yaxıd ləğv edilməsidir. Amnistiya elə bir normativ-hüquq aktıdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək sanksiyalardan (cəzalardan) azad edir, yaxud yüngülləşdirir. Amnistiyanın tətbiqi dairəsi heç də cinayət qanunvericiliyi ilə məhdudlaşmır, bir sıra ölkələrdə tez-tez vergi amnistiyası aktları da qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 1-ci hissəsinin 19-cu bəndinə əsasən amnistiya məsələlərinin həlli Milli Məclisin səlahiyyətinə aiddir. Bu səlahiyyət təkcə cinayət qanunvericiliyi ilə məhdudlaşmır. Cinayət qanununa gəldikdə isə, Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülməsi də mümkündür".
Zəka