Gündəm
Bələdiyyələrlə bağlı qanunlara ciddi dəyişikliklər ediləcək
Milli Məclisin (MM) Regional məsələlər komitəsi parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası üçün müəyyənləşdirdikləri tədbirlər planını açıqlayıb.”Olaylar”ın məlumatına görə, MM-in Regional məsələlər komitəsinin sədri Arif Rərimzadə komitənin yanvarın 26-da keçirilən iclasında deyib ki, yaz sessiyası dövründə “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə, “Yerli (bələdiyyələr) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Azərbaycanlı rejissor beynəlxalq kinofestivalın münsif heyətində
Azərbaycanlı rejissor Şamil Əliyev beynəlxalq kinofestivala münsiflər heyətinin üzvü kimi dəvət alıb. Rejissor Noida Beynəlxalq Kinofestivalının 5-ci mövsümündə münsiflər heyətinin üzvü kimi iştirak edəcək. Festivalda qaliblərin mükafatlandırma mərasimi fevralın 12-də Hindistanın Delhi şəhərində keçiriləcək.
Səfir Tarixi Muzeyində
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub. Olaylar.az bildirir ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağa bu mədəniyyət ocağının tarixi, fəaliyyət istiqamətləri, Türkiyə ilə elmi-mədəni əlaqələri barədə məlumat verilib.
“Hər birimiz İlham Əliyevə səs verəcəyik”
“Azərbaycanda sabitlik, ölkəmizin inkişafı naminə hər bir millət vəkili eyni zamanda, ölkə Prezidentin müdafiəçisi, vəkili olmalıdır”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri, millət vəkili Fəttah Heydərov sədr müavini olduğu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin yanvarın 26-da keçirilən iclasında bildirib. O, bildirib ki, bu gün dünyada çox ağrılı, qorxulu proseslər gedir və ölkəmizi bu proseslərdən kənarda tutmaq üçün ölkə Prezidenti, dövlət rəhbərliyi səviyyəsində çox mühüm addımlar atılır: “Bu gün məhz ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan bölgədə və dünyada təhlükəsizlik və sabitlik adasına çevrilib. Biz də Milli Məclis, Regionla məsələlər komitəsi olaraq, öz üzərimizə düşən işləri görürük və görməyə çalışırıq. Qarşıdan da çox mühüm bir proses-prezident seçkiləri gəlir. Ona görə hesab edirəm ki, Azərbaycan naminə görülən işlərdə və bu işlərin davam etdirilməsində hər birimiz, hər bir millət vəkili eyni zamanda, ölkə rəhbərinə dəstək, onun vəkili olmalıdır”.
Ekspedisiya rəisi: “Bayıl yamacında çökmə prosesi gedir”
“Hazırda Bayıl yamacında tərəfimizdən geofiziki kəşfiyyat işləri aparılır, sürüşmənin baş vermə səbəbləri araşdırılır. Bir növ ərazidə aidiyyəti qurumlar tərəfindən görüləcək işlər üçün geoloji əsas hazırlanır”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, sürüşmə sahəsində quraşdırılmış üfüqi mayaklarda çatlar əmələ gəlib və ərazidə çökmə-oturma prosesi gedir. Ekspedisiya rəisi qeyd edib ki, elektrik kəşfiyyat üsulundan (ŞEZ) istifadə edilməklə, prosesin hansı dərinlikdə getdiyini öyrənmək üçün işlər həyata keçirilir.
Dopinqlə mübarizə milli federasiyaların ana xəttini təşkil edir
Son illər beynılxalq yarış və turnirlərdə bir sıra ölkələrin idmançılarında dopinq aşkar edilməsi bu istiqamətdə mübarizəni daha da aktuallaşdırıb. Dünya idmanına öz adını həkk etməyi bacarmış Azərbaycanda da dopinqə qarşı səmərəli mübarizə aparılır. Nəzərə alsaq ki, dopinqdən daha çox ağır atletika ilə məşğul olan idmançılar iştirak edir, o zaman bu idman növü üzrə tanınmış idmançılarla daha yaxından iş aparmaq zərurətə çevrilir.
İkinci binada mənzillərin açarları gələn həftə jurnalistlərə təqdim olunacaq
Jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarları gələn həftə jurnalistlərə təqdim olunacaq.
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bu gün Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Məlumata görə, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqəyə 35 yazının təqdim edildiyini bildirib.
Bakıda hava yağıntılı olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 27-dəhava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.
Siyavuş Novruzov: "Bu il seçki ilidir, belə təxribatlar çox olacaq"
"Amerikada vətəndaş müharibəsi gedəndə, Azərbaycanda mətbuat olub. Azərbaycan xalqı hər zaman mətbuata meyilli olub və bütün azadlıqlarından etik çərçivədə istifadə edib".
Kəmaləddin Heydərov Bayıl yamacındakı sürüşmə ərazisinə baxış keçirib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı əraziyə baxış keçirib. FHN-dən verilən məlumata görə, nazir sürüşmə ərazisindəki vəziyyətlə tanış olub, operativ şəkildə lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
Maliyyə Nazirliyinin mətbuat katibi Cahangir Hacıyevin vəkilinin ittihamlarına cavab verib
Vəkillik fəaliyyəti bir illik dayandırılan Fəxrəddin Mehdiyev mətbuata açıqlamasında Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevi bir müddət əvvəl məhkəmə prosesinin gedişi zamanı müdafiə etdiyi Cahangir Haciyevi ölkədən 10 mld. manat pul çıxarmaqda ittiham edən açıqlama yaymaqda günahlandırıb.
Elə başlıqlar qoyurlar ki, oxuyanda adamın damarında qanı donur - DİN-nin əməkdaşı
Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Az adam tapılar ki, informasiya texnologiyalarından istifadə etməsin. Virtual aləmə o dərəcə bağlanmışıq ki, onlarsız özümüzü narahat hiss edirik. Canlı ünsiyyətdən qaçır sosial şəbəkələrdə sərhədsiz, hüdudsuz məkanda tanımadığımız adamlarla belə "dostlaşırıq".
Azərbaycanlı deputatın dünyanı silkələyən Türkiyə çıxışına Ərdoğandan REAKSİYA
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, bu qurumun vitse-prezidenti Səməd Seyidova təşəkkür edib. Prezident Türkiyənin Afrində Azad Suriya Ordusu ilə birgə gerçəkləşdirdiyi “Zeytun budağı” hərəkatı haqqında danışıb. O, Avropa Parlamentində “Zeytun budağı”nı "işğal" kimi görən şəxslərə müraciət edib:
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurətdir
Son vaxtlar Ermənistanın mövqeyində yenidən aqressivlik, sülh danışıqlarından yayınma kimi mənfi tendensiyalar müşahidə edilməkdədir. Ən son xarici işlər nazirlərinin Krakovda görüşünün nəticəsiz başa çatması və işğalçı ölkə prezidenti Serj Sərkisyanın AŞPA-dakı çıxışı zamanı səsləndirdiyi sərsəm fikirlər də bunu təsdiqləyir. Millət vəkili Zahid Oruc Dağlıq Qarabağ probleminin həlli istiqamətində gedən proseslərə diqqət çəkərək bildirib ki, Krakov görüşü prezidentlərin nöbəti görüşü üçün hazırlıq ola bilər: “Bununla yanaşı xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, münaqişənin həlli prosesində yeni yanaşmalar var.














