Azərbaycanlı deputatın dünyanı silkələyən Türkiyə çıxışına Ərdoğandan REAKSİYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, bu qurumun vitse-prezidenti Səməd Seyidova təşəkkür edib. Prezident Türkiyənin Afrində Azad Suriya Ordusu ilə birgə gerçəkləşdirdiyi “Zeytun budağı” hərəkatı haqqında danışıb. O, Avropa Parlamentində “Zeytun budağı”nı "işğal" kimi görən şəxslərə müraciət edib:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, bu qurumun vitse-prezidenti Səməd Seyidova təşəkkür edib. Prezident Türkiyənin Afrində Azad Suriya Ordusu ilə birgə gerçəkləşdirdiyi "Zeytun budağı" hərəkatı haqqında danışıb. O, Avropa Parlamentində "Zeytun budağı"nı "işğal" kimi görən şəxslərə müraciət edib:

"Türkiyənin Afrindəki əməliyyatı sadəcə terror təşkilatlarına, terrorçulara yönəldilib. Hərəkatı Avropa Parlamentində "işğal" kimi göstərmək istəyənlərə söyləyirəm: gedin öncə Liviyaya, Ruandaya, Maliyə baxın. Azəri vəkil Seyidova (millət vəkili Səməd Seyidov - red. ) da təşəkkür edirəm".

Qeyd edək ki, Səməd Seyidov Avropa Parlamentindəki çıxışı zamanı "Zeytun budağı" hərəkatı haqqında danışmış və bu hərəkatın bir "işğal" və ya müdaxilə olmadığını bildirmişdi. S.Seyidovun bu sözləri Türkiyədə böyük əks-səda doğurmuşdu. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31