SOS:Azərbaycanda təhlükəli şəbəkə formalaşıb
“Azərbaycanda bir sistem qurulub, əla da işləyir. Məqsədləri Azərbaycanın alimlərindən, yazıçılarından, dövlət xadimlərindən, tarixi şəxsiyyətlərindən, hərbi sərkərdələrindən başlayaraq mətbəxtinədək nə varsa hamısı haqqında neqativ fikir formalaşdırmaqdır”. “Olaylar” xəbər verir ki, bunu deyən hüquq müdafiəçidi Sahib Məmmədov bildirib ki, formalaşmış şəbəkəyə bəzən bilmədən qoşulanlar da olur: “Eyni zamanda Avropada sığınacaq almaq üçün erməni mətbuatına yazılar verənlər də olur, yəni öz məqsədləri üçün bizim dəyər saydıqlarımızı heçə endirmək.
26 Yanvar 2018 12:04 Sosial"Azərbaycanda bir sistem qurulub, əla da işləyir. Məqsədləri Azərbaycanın alimlərindən, yazıçılarından, dövlət xadimlərindən, tarixi şəxsiyyətlərindən, hərbi sərkərdələrindən başlayaraq mətbəxtinədək nə varsa hamısı haqqında neqativ fikir formalaşdırmaqdır". "Olaylar" xəbər verir ki, bunu deyən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, formalaşmış şəbəkəyə bəzən bilmədən qoşulanlar da olur: "Eyni zamanda Avropada sığınacaq almaq üçün erməni mətbuatına yazılar verənlər də olur, yəni öz məqsədləri üçün bizim dəyər saydıqlarımızı heçə endirmək. Ən pisi odur ki, bu prosesə bəzən bizim KİV-lər də qoşulur, deputatlar da. Sistem o qədər ciddi işləyir ki, bəzən bizim görkəmli şəxslərə dair avtobioqrafik məlumatların resurslardan silinməsinə də nail olurlar. Onlar barədə yazılan məqalələrdəki faktlara əks olan fake faktlar hazırlayırlar. Sonra həmin fake faktları göndərirlər müvafiq yerlərə. Bu sistemin ən fəal üzvləri Azərbaycandakı erməni şəbəkəsinin üzvləri, separatçı gizli təşkilatların üzvləri və təssübkeşləridir. Ölkənin müvafiq qurumları bu məslədə seyrçi mövqedədirlər".