Tanınmış Xalq artisti reanimasiyadan çıxarıldı

Lənkəran Dövlət Dram Teatrının Aktrisası, Xalq artisti Böyükxanım Əliyevanın vəziyyəti yaxşılaşıb. Bu barədə Xalq artistinin kürəkəni, tanınmış aktyor Qurban Məsimov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, aktrisanın ağciyərləri bu gün səhər yoxlanıb: “Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasının intensiv tearapiya-reanimasiya şöbəsindən kardioloji şöbə palatasına köçürülüb. Hazırda həkim nəzarətindədir”.

Lənkəran Dövlət Dram Teatrının Aktrisası, Xalq artisti Böyükxanım Əliyevanın vəziyyəti yaxşılaşıb. Bu barədə Xalq artistinin kürəkəni, tanınmış aktyor Qurban Məsimov sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, aktrisanın ağciyərləri bu gün səhər yoxlanıb: "Böyükxanım Əliyeva 1 saylı Şəhər Kliniki Xəstəxanasının intensiv tearapiya-reanimasiya şöbəsindən kardioloji şöbə palatasına köçürülüb. Hazırda həkim nəzarətindədir".

Xatırladaq ki, aktrisa yanvarın 17-si səhər saatlarında ağciyər və ürək çatışmazlığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib. Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda doğulub. Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1973-cü ildən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31