Məktəblilərə Heydər Əliyev irsi öyrədilir

Paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda ənənəvi dərslər təşkil edilir. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan dərslər paytaxtın 12 inzibati rayonu üzrə 52 mərkəzdə keçirilir. Dərslərdə BŞTİ-nin tabeliyindəki və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 323 məktəbdə təhsil alan 21 168 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

Paytaxtdakı ümumi təhsil məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda ənənəvi dərslər təşkil edilir. "OLAYLAR"-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan dərslər paytaxtın 12 inzibati rayonu üzrə 52 mərkəzdə keçirilir. Dərslərdə BŞTİ-nin tabeliyindəki və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 323 məktəbdə təhsil alan 21 168 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

"Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda dərslərin keçirilməsində əsas məqsəd ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edən dərslər əvvəlcədən müəyyənləşdirilmiş 46 müəllim tərəfindən tədris olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31